Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Qrup Şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycana cəlb edilən kubalı həkimlər daha 3 ay ölkəmizdə fəaliyyət göstərəcəklər.
2020-ci ilin iyul ayında PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətlərinin maliyyə dəstəyi ilə bütün dünyanı öz əsarətinə alan və vətəndaşlarımızın sağlamlığını risk altında saxlayan COVID-19 pandemiyasına qarşı mübarizə üçün Azərbaycana 115 kubalı tibb mütəxəssisi cəlb olunmuşdur. Dünyada və ölkəmizdə ümumi epidemioloji vəziyyətin hələ də ağır oluğunu nəzərə alaraq, PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri sözügedən mütəxəssislərin Azərbaycanda daha 3 ay fəaliyyət göstərmələri məqsədilə xidmət haqqında müqaviləni uzadıb.
Daha öncə qeyd olunduğu kimi, tibb mütəxəssisləri arasında epidemioloqlar, infeksionistlər və reanimatoloqlar var. PAŞA Qrup Şirkətləri və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müştərək fəaliyyəti nəticəsində ölkəmizə çatdırılan mütəxəssislər Kubada geniş yoluxucu xəstəliklərlə, xüsusilə Ebola virusu ilə mübarizədə geniş təcrübəyə və ümumilikdə səhiyyə və tibb sahəsində geniş biliklərə malikdirlər. Ölkəmizə gələn səhiyyə işçiləri pandemiyaya qarşı mübarizədə yerli həkimlərlə öz təcrübələrini bölüşməyə, bu virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarları ilə birlikdə çalışmağa davam edəcəklər.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Следующие новости
PAŞA Sığorta “Güvənli Gələcək” adlı təlimlərlə sosial məsuliyyət layihəsini davam etdirir.