Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığorta şirkəti 19 Noyabr tarixində tanınmış pediatr dr. Komarovskinin iştirakı ilə “Uşaqların sağlamlığı barədə miflər” mövzusunda keçiriləcək seminarın baş tərəfdaşı kimi çıxış edir. Bununla əlaqədar şirkət öz xanım müştərilərinə bu tədbirdə iştirak etmək üçün fürsət təqdim edir. Beləliklə, 6-16 Noyabr tarixlərində PASHA Ladies KASKO paketini əldə edən xanımlar seminarda iştirak etmək üçün bileti hədiyyə olaraq qazanırlar. Bunun üçün müştərilər PAŞA Sığorta şirkətinin Sığorta Məsləhətləri Xətti olan *7000 telefon nömrəsinə zəng edə və ya şirkətin rəsmi facebook səhifəsinə( PASHA Insurance) müraciət edə bilərlər.
Qeyd edək ki, PASHA Ladies KASKO paketi yalnız xanımlar üçün nəzərdə tutulmuş ilk avtomobil sığortası məhsuludur. Bu KASKO paketinin əsas üstünlüyü ondan ibarətdir ki, avtomobilini sığortalayan xanımlar şəhərimizin bir neçə mağaza və restoranlarında endirim eldə edir və hadisəsi baş verdiyi zaman avtomobili təmir edilənə kimi taksi xidməti ilə təmin olunur. KASKO Paketi haqqında ətraflı məlumat üçün: PASHA Ladies
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Следующие новости
Новая акция от PAŞA Sığorta: Купи КАСКО и получи детское автокресло в подарок!