Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığorta şirkəti iyun ayından başlanan “Uşaqları sevindirmək üçün sığortanı onlayn al” kampaniyası çərçivəsində SOS uşaq kəndlərinə 5300 AZN məbləğində ianə edib.
Qeyd edək ki, kampaniya şərtlərinə əsasən PAŞA Sığortanın rəsmi veb səhifəsinin (www.pasha-insurance.az ) “Onlayn əldə et” bölməsindən sığortanı onlayn rəsmləşdirən müştərilərin sığorta haqlarının müəyyən hissəsi SOS uşaq kəndlərinə ianə olunur. İyun-noyabr aylarının nəticəsi olaraq ilkin ianə köçürülüb.
SOS Uşaq Kəndləri bütün dünyada valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edən asosiassiyadır.
Kampaniya hal hazırda da davam edir. Siz də sığortanı onlayn alaraq “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi himayəsində olan 200-ə yaxın uşağın sevincinə və inkişafına dəstək ola bilərsiniz.
Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Следующие новости
PAŞA Sığorta şirkətindən dr. Komarovskinin seminarına hədiyyə bilet qazanma fürsəti!