Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Hər zaman müştərilərinin rahatlığını düşünən PAŞA Sığorta şirkəti bu dəfə xanım müştərilərini sevindirməyə tələsir.
Beləliklə, 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə 1-20 Mart tarixlərində PAŞA Sığorta şirkətinə müraciət edərək minimum 300 AZN dəyərində PASHA Ladies KASKO sığortasını əldə edən xanımlar hədiyyə olaraq Butalı-dan zinyət əşyası qazanacaqlar. “Butalı” Azərbaycan zərgərlik sənətinin qədim ənənələrini müasir simada dirçəldən milli brenddir.
Nəzərinizə çatdıraq ki, «PASHA LADIES» özəlliklə xanımlar üçün nəzərdə tutulan ilk və yeganə KASKO sığortası məhsuludur. «PASHA LADIES» -i əldə edən bütün xanımlar özəl karta sahib olur və bununla müxtəlif məkanlarda ENDİRİM və ÜSTÜNLÜKLƏRDƏN yararlanmaq imkanı qazanırlar. Əlavə olaraq bildirmək istərdik ki, PASHA Ladies sığorta məhsulu çərçivəsində Sizlər sığorta haqqını hissə-hissə də ödəyə bilərsiniz.
«PASHA LADIES» barədə ətraflı məlumat: *7000 Sığorta Məsləhətləri Xətti və ya https://bit.ly/2BzRcrG
Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Следующие новости
Murad Süleymanov: “Kredit reytinqi PAŞA Sığortanın kifayət qədər maliyyə dayanıqlığına və sığorta öhdəliklərinin qarşılanması qabiliyyətinə malik olmasını göstərir.”