Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
İyunun 30-dək PAŞA Bank kart sahibləri KASKO könüllü avtomobil sığortası üzrə müraciət edərək PAŞA Sığortadan xüsusi endirim əldə edə bilərlər.
Beləliklə, PAŞA Bank kart sahibləri kampaniya müddətində avtomobil üçün KASKO sığortası əldə edərək ödənişi PAŞA Bank mobil əlavəsi vasitəsilə həyata keçirdikdə PAŞA Sığorta tərəfindən xüsusi endirim qazanacaqlar. Kampaniyanın şərtlərinə əsasən 450-2500 AZN sığorta haqqına malik PAŞA Bank kart sahibi olan fərdi KASKO müştəriləri üçün 100 AZN, sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilər üçün isə 200 AZN dəyərində endirim tətbiq olunacaq.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Qeyd edək ki, PAŞA Bank Mobil əlavəsi vasitəsilə PAŞA Sığortadan əldə edilən digər sığorta növləri üzrə də sığorta haqqı ödənişlərini asanlıqla həyata keçirmək mümkündür. Belə ki, mobil əlavə könüllü avtomobil sığortası, könüllü əmlak sığortası və icbari əmlak sığortası daxil olmaqla 15-dən çox sığorta növünün ödənişini dəstəkləyir.
Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Следующие новости
PAŞA Sığorta şirkətində media nümayəndələri ilə görüş keçirilib