Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Hər zaman müştəriləri yenilikçi təkliflərlə sevindirən PAŞA Sığorta şirkəti "Qaçırılmaz KASKO fürsəti!" adlı yeni kampaniya ilə nümunəvi avtomobil sahiblərinə sığorta xərcini azaltmaq imkanı təqdim edir. Kampaniya çərçivəsində könüllü avtomobil sığortası əldə etmək istəyən müştərilərə qəzasız sürücülük tarixçəsinə əsasən KASKO tariflərinə 20%-dək özəl endirim tətbiq ediləcək.
Beləliklə, 31 avqust tarixinədək KASKO sığortası əldə edəcək müştərilər qəzasız sürücülük təcrübəsinə əsasən icbari sığorta üzrə tətbiq edilən bonus əmsalına (icbari sığorta üzrə hadisəsi olmayan müştərilərin sığorta haqqına edilən güzəşt) uyğun könüllü avtomobil sığortası üzrə də endirim əldə edəcəklər. Bununla bonus əmsalı nəzərə alınmaqla müştərilər müvafiq olaraq 10%, 15% və 20% endirim qazanacaqlar.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Следующие новости
PAŞA Sığortadan könüllü əmlak sığortasını hissəvi ödənişlə əldə etmək imkanı!