*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
30 май 2017

PAŞA Sığorta şirkəti 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” sərgisində iştirak etmişdir

“CaspianAgro” sərgisi öz işinə başlamışdır. PAŞA Sığorta şirkəti də sərgidə iştirak edən yeganə sığorta şirkəti olaraq “Kənd təsərrüfatı bitkilərinin sığortası” və “Heyvanların sığortası” məhsullarını ziyarərçilərə təklif etmişdir. Sərgidə iştirakın məqsədi yerli sahibkarlarla daha yaxından əlaqə saxlanılması, onları müəyyən risklərdən qoruyaraq təsərrüfatlarının rahatlığının təmin edilməsi, təsərrüfatın sığortası barədə marifləndirmə işlərinin aparılması və bu məhsulun ölkəmizdə daha da genişləndirilməsidir. Özünə məxsusluğu ilə bütün diqqətləri üzərinə çəkən bu məhsul yerli və xarici sahibkarlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın da qatıldığı sərgi 167 kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçılarının, distribyutorlarının iştiraki ilə 19 may 2017 tarixinə qədər davam etmişdir. İştirakçı ölkələr arasında Azərbaycan, Belarus, İtaliya, Çin, Rusiya, Türkiyə, Şri Lanka və başqa ölkələrin yer aldığı sərgi yerli və xarici qonaqların ziyarətinə ev sahibliyi etmişdir.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Следующие новости

Компания PAŞA Sığorta успешно реализовала социальный проект «Sirli Bakı»