Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib.
“S&P Global Ratings” agentliyinin açıqlamasında, “PAŞA Sığorta”nın kredit reytinqi “stabil” kimi qiymətləndirilib və “PAŞA Sığorta”nı möhkəm bazar mövqeyi, yüksək gəlir və mənfəəti ilə fərdi sığorta sektorunda Azərbaycanın aparıcı sığorta şirkəti kimi qəbul etməsi qeyd edilib:
“Professionallığı, marka tanınması və şaxələnmiş biznes fəaliyyətlərindən faydalanan “PAŞA Sığorta” aşkar bazar lideridir. 148 milyon manat dəyərində sığorta haqqı ödənişləri ilə “PAŞA Sığorta” fərdi sığorta bazarının 36%-nə sahibdir ki, növbəti iki il müddətində bunu qoruyacağını düşünürük”.
Agentlik şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib. “PAŞA Sığorta”nın kapital adekvatlığını və müsbət gəlirlilik səviyyələrini növbəti iki il ərzində qoruyub saxlayacağını və təkmilləşdirəcəyinə inandığını qeyd edib.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin təqdim etdiyi hesabatla buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Next news
Şahin Məmmədov: “S&P agentliyi PAŞA Sığortanın kapital adekvatlığı, təkrarsığorta təminatının keyfiyyəti, komandasının peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.”