*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
01 May 2018

PAŞA Sığortadan icbari avtomobil sığortası alanlar əlavə təminatlar da əldə etmə imkanını qazanacaqlar.

PAŞA Sığorta şirkəti icbari avtomobil sığortası alan sığortalılar üçün əlavə məhsullar təqdim edir.


Beləliklə, PAŞA Sığorta şirkətindən avtonəqliyyat vastəsinin mülki məsuliyyəti üzrə icbari sığorta alarkən əlavə cəmi 5 AZN ödəməklə 1000 manat dəyərində 1 illik Fərdi Qəza üzrə sığorta təminatı və əlavə evakuator üzrə xidmət, cəmi 18 AZN ödəməklə isə nəqliyyat vasitələrinin məsuliyyət sığortası üzrə əlavə olaraq 5,000 AZN təminat əldə etmə şansı qazanırsınız.


Siz sadəcə əlavə 5 manat ödəməklə qəza olduğu halda sizin və ön oturacaqda əyləşən sərnişinə dəyən zərər və həmçinin avtomobilinizin hadisə yerindən daşınması üçün əlavə evakuator xərcini də sığorta şirkəti tərəfindən qarşılanması təmin olunur. Əlavə 18 manat ödəməklə isə qarşı tərəfə dəyəcək 5000 AZN-dən daha çox ola biləcək (əlavə 5000 AZN-ə kimi) xərc PAŞA Sığorta şirkəti tərəfindən ödənir.


Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta “Baharın 5 anı” hədiyyə kampaniyasını təqdim edir!