*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
06 May 2019

PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə irihəcmli ödənişlər həyata keçirib

Daim müştəri məmnuniyyətinin artırılmasında səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti 2019-cu ilin birinci rübündə irihəcmli sığorta ödənişlərini həyata keçirib.

Cari dövr ərzində həyata keçirilmiş yüksək məbləğli sığorta ödənişlərindən biri Suraxanı rayonunda Mercedes-Benz markalı avtomobilin hərəkətdə olan zaman sürücünün idarəetməni itirərək avtomobili dirəyə çırpması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlıdır. Avtomobil KASKO sığortalı olduğu üçün PAŞA Sığorta tərəfindən 17,330 AZN sığorta ödənişi həyata keçirilib.

Digər bir hadisə 2 avtomobilin iştirakı ilə baş verib. PAŞA Sığorta müştərisi olan BMW markalı avtomobil yolayrıcında Mercedes markalı avtomobillə toqquşub. BMW markalı avtomobilin sürücüsü PAŞA Sığortanın KASKO sığortası üzrə müştərisi olduğundan avtomobilə dəymiş 15,002 AZN məbləğində zərər şirkət tərəfindən qarşılanıb.

Qeyd edək ki, PAŞA Sığorta şirkətinin təklif etdiyi KASKO könüllü avtomobil sığortası avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış kimi bir sıra risklərə təminat verir. PAŞA Sığorta şirkəti hadisəsi olmuş müştərilərə təmir prosesini onlayn izləmək imkanı da təqdim edir. Belə ki, zərərçəkən müştərilər avtoservisdə olan avtomobillərinin təmir prosesini telefon və ya kompüter vasitəsilə izləyə və təmirdə olan avtomobillərin cari vəziyyəti barədə ətraflı məlumat əldə edə bilərlər.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

"PAŞA Sığorta" uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib