Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Həm maddi, həm də mənəvi dəyəri yüksək olan əşyalarımız həyatımızı davam etdirməkdə, evimizdə ən rahat şəkildə yaşamağımıza kömək edir. Əgər bu əşyalar gözlənilməz anda zədələnərsə, yaxud oğurlanarsa, bu hər kəs üçün qarşılanması çətin olan yüksək zərər məbləği ilə nəticələnə bilər. Belə hallarda çətinliklə üzləşməmək üçün PAŞA Sığortanın təklif etdiyi ev əşyalarının sığortası məhsulu istədiyiniz bütün əşyaları təminat altına alır, maddi zərər və ya itki halında zərərinizi qarşılayır.
PAŞA Sığortanın yeni təqdim etdiyi ev əşyalarının sığortası məhsulu ilə illik cəmi 20 AZN ödəməklə evinizdəki əşyalar üçün 10 000 AZN sığorta təminatı əldə edə bilərisniz. Əldə edəcəyiniz məhsul daşınar əmlakınızı təbii fəlakətlər, yanğın, oğurluq, qarət, su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərərə, həmçinin üçüncü şəxslər tərəfindən əmlakın qəsdən zədələnməsi və nəqliyyat vasitələrinin vurması nəticəsində yaranan zərərlərə qarşı da sığortalayır.
Daşınar əmlak sığortasını əldə etmək, həmçinin bu barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciət etmək də mümkündür.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Növbəti xəbər
AFFA və PAŞA Sığorta arasında VAR sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalandı!