*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
10 Mart 2023

PAŞA Sığortadan tibbi sığorta üzrə hədiyyə qazandıran bahar kampaniyası!

İlin bütün fəsillərində müştərilərinin yanında olan və onların istəklərini nəzərə alan PAŞA Sığorta baharın gəlişinə özəl yeni kampaniya elan edir. Belə ki, “Yurda bahar, sənə sağlamlıq yaraşır!” kampaniyası çərçivəsində “Ailə Dostu” və “SağlamSən” könüllü tibbi sığorta məhsullarını əldə edən müştərilərə Bravo 150 AZN-dək alış-veriş kartı hədiyyə olaraq təqdim ediləcək. Kampaniyadan həm daimi, həm də yeni müştərilərimiz faydalana bilər.

10 -31 mart tarixlərini əhatə edəcək kampaniyada “SağlamSən” məhsulundan Emergency paketini əldə edən müştərilər 20 AZN, Classic + paketini əldə edən müştərilər 50 AZN, Silver paketini əldə edən müştərilər 70 AZN, Gold paketlərini əldə edən müştərilər isə 100 AZN məbləğində hədiyyə kartı qazanacaqlar.

“Ailə Dostu” Könüllü Tibbi sığorta məhsulu üzrə Vitamin A, Vitamin B, Vitamin C və ya Multi-Vitamin paketlərini əldə edən müştərilərə müvafiq olaraq 20, 50, 100 AZN və 150 AZN məbləğində Bravo alış-veriş kartları hədiyyə ediləcək.

Qeyd edək ki, könüllü tibbi sığorta məhsulu əldə edən müştərilər qabaqcıl özəl klinikalarda və tibbi müəssisələrdə təcili vaksinasiya, fizioterapiya, müalicəvi masaj, stomoloji yardım kimi xüsusi təminatlar və digər tibbi xidmətlərdən yararlana bilərlər.

“Sağlam Sən” və “Ailə Dostu” tibbi sığorta məhsullarını əldə etmək, həmçinin kampaniya haqqında ətraflı məlumat almaq üçün https://bit.ly/3DyhSc5 və ya https://bit.ly/3lJIIYD keçidinə nəzər sala və ya *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


Növbəti xəbər

PAŞA Sığorta minimal qiymətlərlə yeni “Kompakt” könüllü sağlamlıq sığortası məhsulunu təqdim edir!