logo

Вакансии

20

Вакансии

Работа в PAŞA Sığorta – это отличный шанс выстроить свою карьеру практически с нуля в одной из самых динамично развивающихся и перспективных страховых компаний Азербайджана.

Кандидаты, желающие строить свою карьеру в PAŞA Sığorta, могут обратиться по адресу: recruitment@pasha-insurance.az

Представленные CV (резюме) будут рассмотрены и зарегистрированы. При открытии новой вакансии, если образование, трудовой опыт, знания и способности кандидата будут соответствовать требованиям должности, то он будет приглашен на собеседования.


Список вакансий

Vəzifə: Daxili Audit üzrə baş mütəxəssis

“PAŞA Sığorta” ASC namizədləri Daxili Audit üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:
  • Daxili audit yoxlamasını “PAŞA Sığorta” ASC-nin Daxili Audit Təlimatına və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
  • Risklərin qiymətləndirilməsi əsasında DAX-nin illik planının hazırlanmasında iştirak etmək;
  • Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında DAX-nin rəhbərinə məruzə edilməsi;
  • Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların biznes proseslərin rəhbərləri ilə razılaşdırılması;
  • Bütün DAX yoxlama hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
  • DAX tövsiyələrinə cavab olaraq “PAŞA Sığorta” ASC-nin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin statusunun monitorinqi və hesabatının hazırlanması;
  • “PAŞA Sığorta” ASC-nin, həmçinin onun struktur bölmələri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən mühasibat uçotu tələblərinə və sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət edilməsi;
  • “PAŞA Sığorta” ASC-nin maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə ardıcıl, sistemli təhlilin və qiymətləndirmənin həyata keçirilməsi üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləkliyini yoxlanılması;
  • Sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növlərinin qanunauyğunluğunun yoxlanılması; 
  • Qəbul olunan qərarların, o cümlədən daxili və kənar yoxlamalar zamanı aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi;
  • Aktivlər və öhdəliklərin idarə edilməsi sisteminin səmərəliliyinin, o cümlədən potensial risklərin və sığorta müqavilələrinin portfelinin (məcmusunun) ümumilikdə, yaxud ayrı-ayrı sığorta növləri üzrə qiymətləndirilməsi;
  • Sığorta agentlərinin və brokerlərin fəaliyyətinin qanunauyğunluğu və belə fəaliyyətlə bağlı mümkün olan risklərin idarəedilməsində qurulmuş nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
  • DAX-nin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
Bilik və bacarıqlar:
  • Maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta sektorunda ən azı 2 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmaq;
  • Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
  • Müstəqilliyini qorumaq qabiliyyəti;
  • Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
  • Audit rəyləri hazırlama və yazma bacarığı.

Son müraciət tarixi: 31 dekabr, 2016.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Vəzifə: Korporativ maliyyə üzrə assistent 

“PAŞA Sığorta” ASC namizədləri Korporativ maliyyə üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:
  • Aylıq korporativ hesabatların o cümlədən, elektron hesabatların və digər şirkətdaxili hesabatların və Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə illik maliyyə hesabatlarının hazırlanması zamanı məlumatların dəqiqliyinə fokuslanır, onların toplanması və ilkin təhlilini aparır;
  • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında iştirak edir;
  • Büdcələmə prosesində departamentlər tərəfindən təqdim olunan məlumatların dəqiqliyinin, düzgünlüyünün və tamlığının təhlil olunmasında və son məlumatları konsolidə etməkdə iştirak edir;
  • Departamentlərə müxtəlif planlama və proqnoz işləri üçün zəruriyyət yarandıqda məlumat dəstəyi göstərir;
  • Büdcənin icrası haqqında məlumat toplayır və müvafiq hesabatın hazırlanmasında iştirak edir;
  • Fəaliyyəti çərçivəsində təkrar xərclərin qarşısını alır və xərclərin azaldılması istiqamətində alternativ təşəbbüslər irəli sürür;
  • Tələbnamə formalarının qeydiyyatını və büdcə ilə üzləşməsini aparır;
  • Büdcə modulu operatoru işlərini aparır;
  • Kənar auditorların məlumat təminatında iştirak edir;
  • Büdcə və hesabat proseslərinin təkmilləşdirilməsi istiqamətində müxtəlif təşəbbüslər irəli sürür;
  • Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyini qoruyur;
  • Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.
Bilik və bacarıqlar:
  • Maliyyə istiqamətində ali təhsil;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi.

Son müraciət tarixi: 15 Yanvar, 2017.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Vəzifə: Şirkət daxili kommunikasiyalar üzrə mütəxəssis

PASHA Sığorta şirkəti Şirkət daxili kommunikasiyalar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir. 

Əsas öhdəliklər: 

  • Daxili kommunikasiya standartlarının yaradılması və qorunması; 
  • Şirkət daxili strateji kommunikasiyanın innovativ şəkildə idarə olunması;  
  • Daxili kommunikasiyanın effektivliyini təmin etmək məqsədi ilə müvafiq infrastrukturun yaradılması;                                                                                              
  • Dəyişikliklərin idarəolunması prosesi çərçivəsində rəhbər heyətə dəstəyin göstərilməsi; 

 

Tələb olunan göstəricilər və bacarıqlar: 

  • Təşkilati Davranış, İnsan Resursları, Marketinq və ya Psixoloqiya istiqamətində ali təhsil;
  • Kommunikasiya, İnsan Resursları, Marketinq və ya Müştərilərin idarəolunması istiqamətində ən azı 2 il təcrübə;
  • Sığorta bazarı üzrə ümumi anlayış;
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışıq;
  • Prezi proqramını bilən namizədlərə üstünlük veriləcək 

Son müraciət tarixi: 23 Yanvar 2017-ci il 

Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi recruitment@pasha-insurance.az  elektron ünvanına göndərin. 

PAŞA Sığorta şirkətində karyera imkanları ilə maraqlandığınız üçün təşəkkürlər.



Vəzifə:  Vergi  üzrə mühasib

“PAŞA Sığorta” ASC namizədləri Vergi  üzrə mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • Şirkətin vergi risklərinin qarşısının alınması və müvafiq tədbirlərin görülməsi;
  • Şirkətin vergi uçotunun aparılması;
  • Vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
  • Vergi və digər dövlət orqanlarına hesabatların vaxtında təqdim edilməsini təmin etmək;
  • Keçiriləcək vergi yoxlamaları zamanı vergi müfəttişlərinin sorğularını cavablandırmaq;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək.

Bilik və bacarıqlar:

  • Maliyyə istiqamətində ali təhsil;
  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl bilikllər;
  • Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • Azərbaycan dilində sərbəst danışıq və yazma bacarığı
  • Audit (Big four) şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Son müraciət tarixi: 06 Fevral, 2017.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi  recruitment@pasha-insurance.az ünvanına göndərin.



Vəzifə:  Fərdi və bank sığortası üzrə assistent

“PAŞA Sığorta” ASC namizədləri Fərdi və bank sığortası üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. 

Vəzifə və Öhdəliklər: 

  • Fərdi və bank sığortası üzrə assistent mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan  sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləyir; 
  • Müştərilərə zənglər edir və Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərir; 
  • Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsini təmin edir; 
  • Gündəlik satış barədə müvafiq hesabat formasını birbaşa menecerə təqdim edir; 
  • Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir.

Bilik və bacarıqlar: 

  • Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
  • Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı; 
  • Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
  • Telemarketinq, telesatış sahəsində iş təcrübəsinin olması mütləqdir. 

Son müraciət tarixi: 10 Mart, 2017-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi  recruitment@pasha-insurance.az ünvanına göndərin.




Подать резюме

Имя *:
Фамилия *:
Отчество *:
Образование *:
Интересующее направление *:
Интересующее направление 2 :
Интересующее направление 3 :
Контактный номер *:
Имеил адрес *:

Дополнительная информация о себе :


Прикрепить файл (.doc, .docx, .xls, .xlsx,. pdf) *:

Заполнение пунктов, обозначенных *, является обязательным
Благодарим Вас за ваш интерес строить карьеру в PAŞA Sığorta. Мы рассмотрим Ваше резюме и свяжемся с Вами, как только появится подходящая вакансия к вашему профилю.


Страховые случаи

001Автострахование для спокойствия

Покупка автомобиля – всегда радостное событие. А удовольствие от приобретения хорошей дорогой машины - еще выше. Но автовладельцам следует понимать, что настоящее удовлетворение от покупки можно получить лишь в случае, когда нет опасности в один момент лишиться всех вложенных в автомобиль средств. Дорога всегда непредсказуема. В аварию может попасть любой,… Подробнее ...