*7000

Заказать звонок

Запросить обратный звонок

Закрыть
Спасибо!

Мы свяжемся с Вами в рабочее время

Обслуживание клиентов

Закрыть
Карьера

Работайте с нами

НАША ЦЕЛЬ-ВАШ КОМФОРТ…PAŞA Sığorta предлагает вам присоединиться к нашей семье, став частью команды с высокой корпоративной культурой и профессиональными навыками.
БОЛЬШИЕ ВОЗМОЖНОСТИ И ДИНАМИЧНОЕ РАЗВИТИЕ... Мы не ставим ограничения в карьерном росте наших сотрудников. Мы заинтересованы в вашем успехе и профессиональном развитии. Работая у нас, вы можете поделиться или обменяться своим опытом, продемонстрировать и применить свои знания и умения.
ПОДДЕРЖКА…Мы открыты для ваших идей и иноваций, благодаря которым вы сможете совершенствовать и улучшать качество рабочего процесса.
БЫТЬ ЛИДЕРОМ НИКОГДА НЕ РАНО...Мы создаем для вас возможность стать лидером, если вы демонстрируете умение бросать вызов сложностям, возникающим в процессе работы, умеете брать на себя инициативу и готовы помогать другим раскрывать свой потенциал.

Список вакансий

Fərdi və bank sığortası üzrə assistent
  • Bakı
  • 2017-11-24 - 2018-04-30

“PAŞA Sığorta” ASC namizədləri Fərdi və bank sığortası üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:


- Fərdi və bank sığortası üzrə assistent mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləyir;

- Müştərilərə zənglər edir və Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərir;

- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsini təmin edir;

- Gündəlik satış barədə müvafiq hesabat formasını birbaşa menecerə təqdim edir;

- Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir.


Bilik və bacarıqlar:


- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.

- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;

- Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.

- Telemarketinq, telesatış sahəsində iş təcrübəsinin olması mütləqdir.


Son müraciət tarixi: 20 fevral, 2018-ci il.

Отправить запрос
Kiçik anderrayter
  • Bakı
  • 2018-03-27 - 2018-04-30

“PAŞA Sığorta” ASC namizədləri Kiçik anderrayter vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:


- Müvafiq sığorta növləri üzrə sığorta şərtlərinin təşkili və təkmilləşdirilməsi üzrə şöbə həmkarlarına yardımların göstərilməsi;

- Birbaşa müdirin rəhbərliyi altında sənədləşmə bazasının yaradılması və tariflərin hesablanması;

- Qeyri-standart risklərin sığortalanması zamanı Anderraytinq üzrə müdirin göstərişinə əsasən obyekt(lər)in qiymətləndirilməsində və sorğunun aparılmasında iştirak etmək, sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorları aşkar etmək və bu iş üzrə müvafiq hesabatların aparılması;

- Müvafiq sığorta növləri üzrə sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi;

- Bütün Anderraytinq sənədləri üzrə bazanın tərtib edilməsi və ona nəzarət edilməsi;

- Sığorta şəhadətnamələri nüsxələrinin müştərilər tərəfindən qaytarılmasına nəzarət edilməsi;

- Müvafiq kotirovkalar hazırlamaq, təsdiqlənməsi üçün müvafiq kurator və ya müştəriyə göndərmək;

- Sənəd dövriyyəsi prosesində iştirak etmək: öncədən təyin edilmiş tariflərin, azadolmaların və sığorta şərtlərinin düzgünlüyünü, o cümlədən sığorta obyektinin lazımi səviyyədə dəyələrləndirilməsini yoxlayaraq (ehtiyac olduqda müvafiq düzəlişlər edərək) və təsdiqləmə üçün anderraytinq üzrə mütəxəssislərə və şirkət rəhbərliyinə təqdim etməklə, gündəlik əsaslarla sığorta şəhadətnamələrin buraxılması;

- Strateji müştərilər tərəfindən sığorta haqlarının ödənilməsinə nəzarət edilməsi və nəticələr barədə Departament rəhbərliyinə məruzə edilməsi;

- Lazım olduğu halda sığortalanacaq obyektlərə baxış keçirilməsinin təmin edilməsi;

- Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələri həyata keçirilməsi.


Bilik və bacarıqlar:


- Ali təhsil (hüquq istiqaməti üzrə ali təhsili olanlara üstünlük verilir);

- Kompyuter bilikləri Microsoft Office təminat proqramları paketi üzrə yüksək səviyyədə biliklərin olması;

- Dil bilikləri - Azərbaycan, rus və ingilis dillərinin mükəmməl, işlək səviyyədə olması.

- Riyazi biliyə, analitik və məntiqi düşüncəyə malik olması.


Son müraciət tarixi: 30 Aprel, 2018.

Отправить запрос
Təkrarsığorta üzrə mütəxəssis
  • Bakı
  • 2018-03-27 - 2018-04-30

“PAŞA Sığorta” ASC namizədləri Təkrarsığorta üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:


- Şirkətin xarici və yerli partynorlarından daxil olan sorğuları vaxtlı -vaxtında cavablandırmaq, riskləri təhlil etmək və nəticələr haqqında hesabat vermək;

- Şirkət daxildən təkrarsığorta şöbəsinə göndərilən riskləri qiymətləndirmək;

- Şirkətin siyasətinə uyğun olaraq risklərin təkrarsığorta şöbəsinə ötürmək;

- Gündəlik və aylıq hesabatları düzgün aparmaq, vaxtı-vaxtında rəhbərliyə təqdim etmək;

- Partnyorlarla işguzar görüşlər keçirmək və yeni partnyorlar cəlb etmək;

- Partnyorlarla bağlı sığorta hadisələrinin tənzimləməsi işində iştirak etmək;

- Təkrarsığortaya aid debitor borclar və kreditorlarla iş prosesinin tənzimləmək;

- Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.


Bilik və bacarıqlar:


- Ali təhsil (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir);

- Təkrarsığorta və ya anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;

- Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi üzrə yüksək biliyə malik olmaq;

- Dil bilikləri - Azərbaycan, Rus və ingilis dillərinin mükəmməl səviyyədə olması.

- Analitik düşüncə tərzi, yüksək nitq qabiliyyəti və təqdimat etmə bacarığına malik olmaq.


Son müraciət tarixi: 30 Aprel, 2018.

Отправить запрос
İnformasiya Sistemlərinin İdarə olunması şöbəsində proqramçı
  • Bakı
  • 2018-03-27 - 2018-04-30

“PAŞA Sığorta” ASC namizədləri “İnformasiya Sistemlərinin İdarə olunması şöbəsində proqramçı” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:


- Yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi;

- Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması;

- Yeni proqram təminatının yaradılması, mövcud olan proqram təminatının dəstəklənməsi;

- Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.


Bilik və bacarıqlar:


- Tətbiqi riyaziyyat, İnformatika və ya digər texniki ixtisaslar üzrə ali təhsil;

- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;

- MS Office ilə qabaqcıl istifadə bacarıqları;

- Verilənlər Bazasının İdarəetmə Sistemləri: MsSQL

- C#.Net, ASP.net proqramlaşdırma, HTML, Jquery, CSS-lə işləmək bacarıqları

- Mobil tətbiq üçün lazım olan API və s. hazırlanmasında digər proqramçılarla birgə işləmək

- Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;

- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.


Son müraciət tarixi: 30 Aprel, 2018.

Отправить запрос
Satınalama üzrə mütəxəssis
  • Bakı
  • 2018-03-27 - 2018-04-30

“PAŞA Sığorta” ASC namizədləri Satınalama üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:


- Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə uyğun olmasına, Şirkətin satınalma siyasətinin prinsiplərinə və tələblərinə riayət edərək, satınalma prosesinin həyata keçirilməsinə və davamlı idarə olunmasına məsuliyyət daşıyır;

- Satınalmalar üzrə daha yaxşı təkliflər əldə etmək üçün potensial/mövcud təchizatçılar ilə müntəzəm danışıqların aparılması və bazarın təhlili;

- Təchizatçı şirkətlərin qiymətləri, reytinqi və digər meyarları üzrə mütəmadi qiymətləndirilmələrin aparılması və Təchizatçıların Siyahısının yenilənməsi, o cümlədən yeni təchizat zəncirlərinin inkişafının təşviqinin aparılması;

- Xərclərin təhlili, əlverişsiz vəziyyətlərin müəyyən edilməsi; xərclərin azaldılması üsulları üçün uzunmüddətli qənaət mədəniyyətinin formalaşdırılması;

- Xərcləri azaltmaq və səmərəliliyin artırılması məqsədilə əsas fəaliyyət göstəricilərinə dair izləmə və hesabat verilməsi;

- İllik satınalma planının hazırlanması və vaxtında icrası;

- Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi və təqdim olunan hesabların vaxtında ödənilməsinə nəzarət;

- Struktur bölmələri tərəfindən gələn sifarişlərin qeydiyyatının aparılması və həyata keçirilməsi, o cümlədən müvafiq struktur bölmələri ilə birgə müqavilələrin hazırlanması;

- Alış sifarişlərini, müqavilələri, düzəlişlərin hazırlanması, gündəlik sənədləşmə işlərini həyata keçirilməsi və təkliflərin toplanması prosesinin idarə olunması;

- Regionların icarə haqlarının və kommunal xərclərin vaxtında ödənilməsinə nəzarət;

- Şöbənin səmərəliyinin inkişafının təhlili üçün materialların hazırlanması;

- Birbaşa rəhbər və departamentin rəhbəri tərəfindən yönələn tapşırıqların həyata keçirilməsi.


Bilik və bacarıqlar:


- İqtisadiyyat sahəsində ali təhsilə üstünlük verilir;

- Satınalma sahəsində 2 il iş təcrübəsi;

- Kompüter bilikləri: MS Office Proqramları;

- Azərbaycan və rus dillərin sərbəst bilmək, ingilis dili bilməsi arzuolunandır;

- Ofis avadanlıqları ilə işləmək bacarığı;

- Ünsiyyət qurma bacarığı;

- Təhlil aparmaq bacarığı;

- İcra etmə bacarığı;

- Komandada işləmək bacarığı

- Danışıqlar aparmaq bacarığı.


Son müraciət tarixi: 30 aprel, 2018-ci il.

Отправить запрос
Sumqayıt nümayəndəliyində Satış üzrə assistent
  • Sumqayıt
  • 2018-03-27 - 2018-04-30

“PAŞA Sığorta” ASC namizədləri Sumqayıt nümayəndəliyindəSatış üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Vəzifə və Öhdəliklər:


- Mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində çalışmaq;

- Şirkətə müraciət edən müştərilərə mövcud Telefon Mərkəzi və Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərmək;

- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət etmək, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim etmək;

- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirmək;

- Fərdi və bank müştərilərinə xidmət etmək, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazmaq;

- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər etmək və şəhadətnamələrin yenilənməsini təmin etmək;

- Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərmək;

- Birbaşa tabe olduğu menecerin tapşırığı ilə digər işlərin həyata keçirmək.


Bilik və bacarıqlar:


- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.

- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;

- Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.

- Satış, Telemarketinq, telesatış sahəsində iş təcrübəsinin olması mütləqdir


Son müraciət tarixi: 30 Aprel, 2018-ci il.

Отправить запрос
Layihələrin idarə olunması üzrə kiçik mütəxəssis
  • Bakı
  • 2018-04-09 - 2018-04-23

PASHA Sığorta şirkəti Layihələrin idarə olunması üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.


Əsas öhdəliklər:


- Şirkət daxili layihələrin və təşəbbüslərin həyata keçirilməsində dəstək olmaq;

- Layihələrin idarəolunması ilə bağlı proqram təminatının şirkət daxilində tətbiq olunmasında dəstək olmaq;

- Bütün daxili layihələr üzrə sənədləşmənin qeydiyyatının aparılması və arxivləşdirilməsini təmin etmək;

- Şirkət daxilində icra olunan layihələr üzrə aylıq statusların əldə olunması və rəhbərlik heyətinə bu barədə məlumatın göndərilməsi;


Tələb olunan göstəricilər və bacarıqlar:


- İqtisadiyyat və ya İdarəetmə istiqaməti üzrə bakalavr və ya magistr təhsili olan namizədlər;

- Strategiya, layihələrin idarə olunması və ya maliyyə istiqamətində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;

- Sığorta bazarı üzrə ümumi anlayış;

- Azərbaycan, ingilis və rus dillərində səlis danışıq;

- Kompyuter bilikləri Microsoft Office təminat proqramları paketi (əsasən EXCEL və Microsoft Project) üzrə biliklərin yüksək səviyyədə olması;

- Kommunikasiya və təqdimat bacarıqları.


Son müraciət tarixi: 23 Aprel 2018-ci il

Отправить запрос

Форма заявки

Шаг 1

Личная информация

Личная информация

+ Добавить еще один

Dil bilikləri

+ Добавить еще один

Əlavə məlumat

Пример CV
СледующийПослатьПредыдущий
Спасибо!

Ваш запрос принят.