*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla

Müştəri məmnuniyyəti

Bağla
Səfər sığortası

Ölkəxarici

“PAŞA Sığorta” şirkəti səyahət edən şəxslərə beynəlxalq tibbi sığorta şəhadətnaməsini əldə etməyi təklif edir.


Səfər Sığortası şəhadətnaməsi dünyanın hər hansı bir ölkəsinə səfər edərkən baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı tibbi yardımın göstərilməsinə və tibbi xərclərin ödənilməsinə zəmanət verir. Bu şəhadətnamə “Inter Partner Assistance” beynəlxalq assistant şirkətinin dəstəyi ilə təmin edilmişdir.


Sığorta şəhadətnaməsi, dünyanın hər hansı bir ölkəsində səfər edərkən, baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı bütün tibbi yardımın göstərilməsinə və tibbi xərclərin ödənilməsinə zəmanət verir.


Səyahətçinin sığorta şəhadətnaməsi aşağıdakı xərcləri ödəyir:

  • həkim müayinəsi və təyin edilmiş dərman vasitələrinə dair xərclərin ödənilməsi;
  • tibb müəssisəsinə daşınma ilə bağlı xərclərin, o cümlədən, stasionar şəraitdə qalma, müayinə və müalicə xərclərinin (əməliyyat xərcləri də daxil olmaqla) ödənilməsi;
  • aparılmış müalicədən sonra tibbi göstəriş olduğu halda vətənə təxliyyə ilə əlaqəli xərclərin ödənilməsi;
  • nəzarətsiz qalmış həddi-buluğa çatmamış uşaqların zəruri hallarda vətənə təxliyyə edilməsi ilə əlaqəli xərclərin ödənilməsi;
  • baqajın itməsi və ya zədələnməsi üzrə xərclər;
  • səyahətin ləğv edilməsi dayandırılması və ya gecikməsi iləəlaqədar yaranan xərclər;
  • sığorta olunanın yaxın qohumunun nəqliyyat və oteldə qalma xərcləri;
  • sığorta şəhadətnaməsinin kateqoriyası ilə uyğun olan digər xərclərin ödənilməsi.


Yuxarıda qeyd edilən xidmətlər sığorta tarifindən asılı olaraq təminata daxil edilir.

Birdəfəlik fərdi səyahətlər üzrə sığorta tarifləri (ABŞ, Kanada, Yaponiya və Avstraliya istisna olmaqla bütün dünya)

Səyahətin müddətiSığorta haqqı
(1 gün və 1 nəfər üçün, avro*)
A tarifi**B tarifiC tarifi
1–15 gün0,731,000,85
16–30 gün0,670,850,78
31–90 gün0,610,710,63
91–180 gün0,550,680,61
181 –364 gün0,981,101,02

Digər polislər

Səyahətin müddətiA tarifi**B tarifiC tarifi
1 illik şəhadətnamə, 42 sığortalanmış günü keçməmək şərtilə32,0038,0035,00
1 illik şəhadətnamə, 92 sığortalanmış günü keçməmək şərtilə40,0050,0045,00
1 illik şəhadətnamə, 365 sığortalanmış günü keçməmək şərtilə200,00230,00217,00
6 aylıq şəhadətnamə, 92 sığortalanmış günü keçməmək şərtilə35,0045,0040,00
1 illik şəhadətnamə, 180 sığortalanmış günü keçməmək şərtilə70,0082,0077,00
3 aylıq şəhadətnamə, 30 sığortalanmış günü keçməmək şərtilə24,0030,0026,00
45 günlük şəhadətnamə, 20 sığortalanmış günü keçməmək şərtilə15,0021,0017,00

Aşağıdakı hallarda sığorta haqqı artırılır

RisklərTarif əmsalı
70 yaşdan yuxarı yaşlı şəxslər üçünx2
75 yaşdan yuxarı yaşlı şəxslər üçünx3
ABŞ, Kanada, Yaponiya, Avstraliya və dünya turu üçünx2
Həvəskar idman növləri ilə məşğul olmaq məqsədilə səyahət edən şəxslər üçün
Dağüstü xizək sürmə, avtomobil, motosiklet, aviaplaner, deltaplaner, paraşüt
su-motor, sualtı üzgüçülük idman növlərindən başqa
x2
Dağüstü xizək sürmə, avtomobil, motosiklet, aviaplaner, deltaplaner, paraşüt
su-motor, sualtı üzgüçülük idman növləri üzrə
x3
Peşəkar idman növləri (gimnastika, futbol və s. daxil olmaqla) üzrə:x3,5

Repatriasiya və ölüm sonrası daşınma hallarında sığortaçı sığorta məbləği həddində aşağıdakı ödənişləri edir

Repatriasiya üzrə:

  • Avropa ərazisində 5 000 avroya qədər
  • Avropadan kənar 10 000 avroya qədər

Ölüm sonrası daşınma üzrə:

  • Avropa ərazisində 5 000 avroya qədər
  • Avropadan kənar 10 000 avroya qədər

QEYD: *Sığorta haqqının hesablanması şəhadətnamənin buraxılma tarixinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi bankının rəsmi məzənnəsinə əsasən manatla həyata keçiriləcəkdir.

** A tarifi yalnız korporativ satış (bütün ölkələr üzrə) və Türkiyə, MDB ölkələri, Gürcüstan, BƏƏ ölkələri üçün nəzərdə tutulmuşdur. Qeyd edilən ölkələr üçün digər paketlər üzrə də təminat əldə etmək mümkündür.


Minimum sığorta haqqı – 2 avro

Maksimum sığorta müddəti – 365 gün

A seçimi üzrə təminata daxil olan xidmət növləri aşağıdakı kimidir

  • Tibbi xərclər
  • Repatriasiya xərcləri

B seçimi üzrə təminata daxil olan xidmət növləri aşağıdakı kimidir

  • Tibbi xərclər
  • Repatriasiya xərcləri
  • Sığorta olunanın yaxın qohumunun ölümü ilə bağlı onun Azərbaycana gözlənilməz qayıdışı
  • Təcili məlumatların ötürülməsi
  • Baqajın itməsi və ya zədələnməsi
  • İtmiş və ya səhv istiqamətdə göndərilmiş baqajın axtarılması və qaytarılması
  • Səyahətin Ləğv edilməsi (Fors-major hallarda)
  • Sığorta olunanın yaxın qohumunun nəqliyyat xərcləri
  • Sığorta olunanın yaxın qohumunun oteldə qalma xərcləri

C seçimi üzrə təminata daxil olan xidmət növləri aşağıdakı kimidir

  • Tibbi xərclər
  • Repatriasiya xərcləri
  • Baqajın itməsi və ya zədələnməsi