*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla

Müştəri məmnuniyyəti

Bağla

“PAŞA Sığorta” şirkəti tərəfindən təklif edilən fərdi qəza sığortası xidməti – kifayət qədər geniş yayılmış fərdi sığorta növlərinə aiddir. Fərdi qəza sığortası – müqavilə üzrə müəyyən edilmiş sığorta hadisəsinin baş verməsi halında sığortalanmış şəxsə və yaxud onun varislərinə sığorta məbləğinin tam həcmdə və ya qismən ödənilməsini nəzərdə tutur. Sığorta şəhadətnaməsində qəzanın bütün mümkün nəticələri – məsələn, fiziki zədə və ya şikəstlik, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əlillik, ölüm kimi hallar – nəzərdə tutula bilər.


Aşağıdakı şəxslərin fərdi qəza sığorta şəhadətnaməsinə malik olması daha məsləhətlidir:

  • qəza nəticəsində öz gəlir mənbələrini itirmək ehtimalı yüksək olan şəxslər;
  • müalicə haqqını ödəməkdə çətinliklərlə üzləşə bilən şəxslər;
  • ailənin dolandırılmasını təmin edən şəxslər;
  • yüksək riskli işlərdə çalışan şəxslər.