*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla

Müştəri məmnuniyyəti

Bağla
21 Dekabr 2017

PAŞA Sığorta Yeni il münasibətilə “Hədiyyə Festivalı”na start verir

PAŞA Sığorta Yeni il münasibətilə “Hədiyyə Festivalı”na start verir


PAŞA Sığorta şirkəti qarşıdan gələn Yeni il münasibətilə “Hədiyyə Festivalı” kampaniyasını elan edir.


Yanvarın 31-dək könüllü avtomobil sığortası (KASKO) və “Yaşıl Bakı” əmlak sığortası məhsulu üzrə müraciət edəcək müştərilər PAŞA Sığortadan Yeni il hədiyyəsini özləri seçə biləcəklər. Belə ki, minimal 450 AZN məbləğində KASKO sığortası əldə edən hər kəs öz istəyinə uyğun olaraq “Azpetrol” şirkətindən, Bravo mağazalar şəbəkəsindən və ya “Maxi.az” məişət texnikası və elektronika mağazalarından 100 AZN balansa malik hədiyyə kartı seçmə imkanı qazanacaq. Bununla yanaşı, KASKO üzrə sığorta haqqı 2500 AZN-dən çox olan müştərilərə isə yuxarıda qeyd olunmuş məntəqələrdən biri üzrə 150 AZN nominallı hədiyyə kartı və ya “Şahdağ” qış-yay turizm kompleksində yerləşən “Park Chalet” hotelində 2 nəfər üçün 1 gecəlik kupon təqdim ediləcək.


Həmçinin kampaniya çərçivəsində PAŞA Sığortadan “Yaşıl Bakı” əmlak sığortası məhsulunu əldə edən hər kəs seçimə uyğun Bravo mağazalar şəbəkəsi və ya “Maxi.az” məişət texnikası və elektronika mağazalarından hədiyyə kartları qazanacaqlar. Şərtlərə əsasən “Yaşıl Bakı” sığorta məhsulunun Çinar, Cökə və ya Zeytun paketlərindən birini seçməklə mənzilini sığortalayan müştərilərə müvafiq olaraq 30, 40 və 60 AZN balansa malik hədiyyə kartı təqdim olunacaq.


KASKO və “Yaşıl Bakı” sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə, o cümlədən Bravo Hipermarketdə yerləşən yeni satış məntəqəsinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.


Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.


PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti Bravo Hipermarketində fəaliyyətə başlayıb