logo en

Kənd təsərrüfatı bitkilərinin sığortası

Bu növ kənd təsərrüfatı bitkilərinin korlanması və ya məhv olması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutankənd təsərrüfatı bitkilərinin sığortasıdır.

Sığorta təminatı və istisnalar.

Bu sığorta növü əsasında bağlanmış sığorta müqaviləsi üzrə Sığortaçı Sığortalıya aşağıdakı risklər nəticəsində baş vermiş sığorta hadisəsi üzrə sığorta təminatı verir:
  • dolu;
  • yanğın və ya ildırım çaxması;
  • boran, qasırğa, burulğan, tornado və ya qumlu boran;
  • quraqlıq, istiliyin çatışmaması, həddən artıq nəmişlik, yaşlanma, kiflənmə, donma, şaxta və eləcə də bu yerə xas olmayan yerli hava şəraiti;
  • susuzluq və suvarma mənbələrində suyun azlığı;
  • bitkilərin xəstəliyi və ya onlara ziyanvericilər tərəfindən zərər vurulması;
  • uçan idarəolunan obyeklərin və ya onların hissələrinin yerə düşməsi;
  • zəlzələ, vulkanik fəaliyyət, sürüşmə, uçqun və ya torpaq çökməsinin səbəb olmadığı daşqın və ya sel;
  • bu bənddə sadalanmış təbii fəlakət nəticəsində baş vermiş zəlzələ, sürüşmə, uçqun, vulkanik fəaliyyət, yeraltı alovun təsiri,
  • vəhşi heyvanlar tərəfindən əkinin zədələnməsi.
Sığorta təminatı yuxarıda adı çəkilən və yalnız sığorta müqaviləsində (şəhadətnaməsində) göstərilən risklərə aid edilir.

İstisnalar
  • Bu cür müharibənin elan olunub olunmamasından asılı olmayaraq, müharibə və ya hər hansı hərbi əməliyyatlar, vətəndaş müharibəsi, müdaxilə və onun nəticələri;
  • üsyan, qiyam, inqilab, hakimiyyətin ələ keçirilməsi;
  • iğtişaşlar, tətil və ya lokaut;
  • Səlahiyyətli orqanların sərəncamı ilə sığorta predmetlərinin müsadirəsi, həbsi, dağıdılması və ya korlanması;
  • atom və ya nüvə enerjisinin hər hansı bir formada istifadəsi nəticəsində;
  • bu zərərin nə vaxt müəyyən olunmasından asılı olmayaraq sığorta müddəti başlamazdan əvvəl dəyən hər hansı bir zərər;
  • məhsulun oğurlanması;
  • şum, kultivasiya, məhsul yığımı, suvarma və əkinlərin digər üsullarla emal olunması zamanı bitkilərə dəyən mexaniki zədələr;
  • toxumların səhv səpilməsi, sahələrin və əkinlərin  insektisidlərlə, defoliantlarla və ya digər zəhərli kimyəvi maddələrlə  işlənməsi və  eləcə də həddən artıq gübrələrin verilməsi.

Insurance Claims

Мошенничество в финансовом учрежденииSwindle in financial company

A financial company have prospered for the last years and suddenly faced to some problems. Last audit revealed a shortage. Further, the investigation displayed that the reason for that were fraudulent activities one of the organisation managers, who simply had misappropriated funds. Rumors about it were spread within the company very fast and then it became known outside of company. This news put many people reputation on the line, from customers of a financial company to shareholders and employees. Such kind of situations negatively affect the image and reputation of company.

Read more