logo

Agentin çağırılması

“PAŞA Sığorta”nın sığorta şəhadətnaməsini şirkətin hər hansı bir ofisində əldə etmək mümkündür. Müştərinin “PAŞA Sığorta” şirkətinin nümayəndəliyinə gəlib çatmaq üçün vaxtı və imkanı olmadığı təqdirdə ona sığorta agentinin – şirkətin rəsmi nümayəndəsinin çağırışı xidmətindən istifadə etmək təklif olunur.

Sığorta agenti, “PAŞA Sığorta” şirkətinin təklif etdiyi sığorta məhsulları, sığorta tarifləri, əlavə bonus və güzəştləri barədə tam və müfəssəl məlumat verəcəkdir. Agent həmçinin, müştərinin tələblərini və maliyyə imkanlarını nəzərə almaqla optimal sığorta sxemi seçməyə kömək edəcəkdir.

Sığorta müqaviləsini bağlamaq üçün “PAŞA Sığorta” şirkətinin sığorta agentini evə, ofisə, avtosalona, bağ evinə və şəhərin hər hansı digər nöqtəsinə çağırmaq mümkündür. Bu xidmətdən istifadə etmək üçün *7000 telefon nömrəsinə zəng etmək və ya saytda sifariş qoymaq lazımdır. Sığorta agentinin çağırılması – öz vaxtını qiymətləndirənlər üçün sürətli və rahat həldir.

Sığorta hadisələri

001Rahatlığın təminatı – avtosığorta

Avtomobil almaq – həmişə çox sevinc bəxş edən bir hadisədir. Yaxşı və bahalı bir maşının sahibi olmaq isə daha çox həzz verir. Lakin, avtomobil sahibləri qəbul etməlidirlər ki, alış zamanı həqiqi məmnunluğu yalnız çəkilmiş bu qədər xərcin bir andaca heçə getməsi təhlükəsi olmadığı zaman hiss etmək olur. Yol – elə bir şeydir ki, onun necə olacağı barədə əvvəlcədən heç nə demək olmur.

Daha sonra ...