logo

Sığorta

hadisələri

27

Maliyyə təşkilatında fırıldaqçılıq

005Son illər çox inkişaf etməkdə olan maliyyə təşkilatlarının birində gözlənilməz narahatlıqlar başladı. Keçirilən növbəti auditor yoxlaması çatışmazlıq aşkar etdi. Sonrakı araşdırmalar nəticəsində bəlli oldu ki, buna səbəb – təşkilatın rəhbər strukturlarında çalışan əməkdaşlardan birinin fırıldaqçı hərəkətləri olmuşdur. O, sadəcə vəsaitlərin bir hissəsini özünə mənimsəmişdi. Baş vermiş hadisə barədə şayiələr əvvəlcə şirkət daxilində, sonradan isə onun divarlarını aşaraq kənarda da sürətlə yayılmağa başladı.

Bu xoşagəlməz məsələ çox sayda insanı – maliyyə təşkilatının müştərilərindən başlamış onun səhmdarları və əməkdaşlarına qədər bir çoxlarını zərbə altına qoydu. Belə hadisələr şirkətin imicinə və işgüzar nüfuzuna böyük xələl gətirir. Belə hallar barədə məlumat yayılan kimi təşkilatın müştəriləri, əmanətçiləri arasında narahatlıq və çaxnaşma yaranır. Müştərilər maliyyə təşkilatının səhlənkar menecmentinin günahsız qurbanlarına çevrilməmək üçün öz vəsaitlərini oradan çıxarmağa tələsirlər. Bu halda, təşkilat üçün baş verənlərə baxmayaraq, özünün tamamilə ödəmə qabiliyyətli olmasını və üzərində olan bütün öhdəlikləri yerinə yetirə bilmək iqtidarında olmasını ictimaiyyətə göstərmək çox vacibdir.

Xoşbəxtlikdən, onun rəhbərləri mümkün ola bilən bütün riskləri əvvəlcədən nəzərə alaraq, “PAŞA Sığorta” şirkəti ilə sığorta müqaviləsi bağlamışdılar. Bank risklərinin sığortası polisini alan təşkilat bununla həm özünü və həm də müştərilərini, başqa risklərlə yanaşı o cümlədən, əməkdaşlarının səhlənkar və bədniyyət əməllərindən də sığortalamış olmuşdu. Baş verənlərlə əlaqədar keçirilmiş ekpertiza sığorta hadisəsini qeyd etdi və 16 fevral 2012-ci ildə “PAŞA Sığorta” şirkəti təqribən 100 min manat həcmində təkrar slğorta üzrə ödəniş həyata keçirdi.

Maliyyə təşkilatının risklərin sığortası müqaviləsi bağlaması, şirkətin uğurlu inkişafı üçün zəruri olan iki funksiyanı yerinə yetirir. İlk növbədə bu, əlbəttə ki, zərərin ödənilməsidir. Çünki, bəzən itkilər yüz minlərə və ya milyonlara manata çata bilir ki, bu da çox böyük ehtimalla təşkilatı iflasa gətirib çıxarır. Belə itkiləri örtən sığorta ödənişi, bu cür maliyyə təşkilatı üçün əsl xilas mənbəyinə çevrilir.

İkinci məqam isə təşkilatın imicidir. Fövqəladə vəziyyət yarandığı halda sığorta şirkətinin maliyyə təşkilatına dəyən zərəri ödəyəcəyini bilən müştərilər, özlərini daha təhlükəsiz hiss edir və daha çox bu təşkilata etibar edirlər.

Sığorta hadisələri

001Rahatlığın təminatı – avtosığorta

Avtomobil almaq – həmişə çox sevinc bəxş edən bir hadisədir. Yaxşı və bahalı bir maşının sahibi olmaq isə daha çox həzz verir. Lakin, avtomobil sahibləri qəbul etməlidirlər ki, alış zamanı həqiqi məmnunluğu yalnız çəkilmiş bu qədər xərcin bir andaca heçə getməsi təhlükəsi olmadığı zaman hiss etmək olur. Yol – elə bir şeydir ki, onun necə olacağı barədə əvvəlcədən heç nə demək olmur.

Daha sonra ...