logo

Vakansiyalar

20

Vakansiyalar

“PAŞA Sığorta” şirkətində çalışmaq – Azərbaycanın ən dinamik inkişaf edən və perspektiv sığorta şirkətlərinin birində öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir.

“PAŞA Sığorta” şirkətində karyera qurmaq arzusunda olan namizədlər bu ünvana müraciət edə bilərlər: recruitment@pasha-insurance.az

Təqdim edilmiş CV-lər (rezümelər) nəzərdən keçirilib qeydiyyata alınacaqlar. Şirkətdə yeni vakansiya yaranan kimi, əgər namizədin təhsil səviyyəsi, əmək təcrübəsi, bilik və bacarıqları onun arzuladığı vəzifəyə müvafiq olacaqsa, onda bu namizəd müsahibəyə dəvət ediləcəkdir.


Mövcud vakansiyalar

Vəzifə:  Fərdi və bank sığortası üzrə assistent

“PAŞA Sığorta” ASC namizədləri Fərdi və bank sığortası üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. 

Vəzifə və Öhdəliklər: 

  • Fərdi və bank sığortası üzrə assistent mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan  sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləyir;
  • Müştərilərə zənglər edir və Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərir;
  • Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsini təmin edir;
  • Gündəlik satış barədə müvafiq hesabat formasını birbaşa menecerə təqdim edir;
  • Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir.

Bilik və bacarıqlar: 

  • Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
  • Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı; 
  • Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
  • Telemarketinq, telesatış sahəsində iş təcrübəsinin olması mütləqdir.

 

Son müraciət tarixi: 25 Avqust, 2017-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.




İş üçün müraciət

Adınız *:
Soyadınız *:
Atanızın adı *:
Təhsiliniz *:
Sizi maraqlandıran sahə *:
Sizi maraqlandıran sahə 2 :
Sizi maraqlandıran sahə 3 :
Əlaqə nömrə *:
Email *:

Əlavə məlumat :


CV yüklə (.doc, .docx, .xls, .xlsx,. pdf) *:

*ilə qeyd olunan sahələr mütləq doldurulmalıdır
PAŞA Sığorta şirkətində karyera qurmaq marağınız üçün Sizə təşəkkür edirik. Xülasəni nəzərdən keçirdəcəyik və profilinizə uyğun bir vakansiya yarandıqda Sizinlə əlaqə saxlayacayıq.


Sığorta hadisələri

006Mebeli məhv etmiş yanğın

Şəxsi evlərin sahiblərinə öz əmlaklarının salamat qalmaları ilə bağlı narahatlıq hissi çox yaxındır. Bəlkə də adamlar ən çox iki şeydən qorxurlar – qarətçilərdən və yanğından. Yanğın siqnalizasiyalarının və yanğınsöndürmə sistemlərinin quraşdırılmasına çox böyük vəsaitlər də sərf olunur. Bəzən isə hətta belə tədbirlər də kifayət etmir. Quba şəhərində kiçik kottecin sahibləri öz evlərini bir neçə il ərzində tikmişdilər. Məlumdur ki, bu cür xərcləri bir anın içərisində çəkmək çox müşkül bir məsələdir.

Daha sonra