logo

Əməkdaşlarla iş

19

Əməkdaşlarla iş

Şirkətin imicini onun əməkdaşları yaradır. “PAŞA Sığorta” şirkətinin rəhbərliyi, biznesin müvəffəqiyyəti və inkişafının məhz əməkdaşların peşəkarlığı dərəcəsindən asılı olduğunu bilir. Şirkətdə kadr siyasətinin qurulmasına böyük diqqət ayrılır ki, bu da ilkin olaraq artıq işçi heyətin seçimi mərhələsində özünü göstərir.

“PAŞA Sığorta” şirkətinin HR-menecerləri tərəfindən – Əməkdaşın Əsasnaməsi adlı sənəd hazırlanmışdır. Şirkətin işçilərinin davranışlarının başlıca norma və prinsiplərini dəqiq şəkildə nizamlayan bu Əsasnamə əslində təşkilatın korporativ qaydalarının icmalıdır.

“PAŞA Sığorta” şirkəti əməkdaşlar üçün komfortlu iş şəraiti və xoşagələn korporativ abu-hava yaratmaqda maraqlıdır, bu isə yalnız əməliyyat biznes-proseslərinə qatılmağı deyil, həm də şirkətin sosial həyatında fəal iştirakı nəzərdə tutur. Şirkətdə müntəzəm şəkildə keçirilən birgə peşəkar treninqlər, korporativ bayramlar və idman yarışları, “PAŞA Sığorta”nın hər bir əməkdaşına özünü vahid bir məqsəd üçün çalışan mehriban və uğurlu bir komandanın üzvü hesab etməyə imkan verir.

“PAŞA Sığorta” şirkəti ən yüksək səviyyəli peşəkarlarla yanaşı gənc, perspektivli kadrları da öz sıralarına cəlb etməyə çalışır. Şirkət gənc kadrların peşəkar və karyera inkişafı üçün geniş imkanlar təklif edir. “PAŞA Sığorta” şirkətinin menecmenti kreativ düşüncəyə malik, qeyri-standart məsələlərin həllinə və yeni həllərin tapılmasına meylli, özünüinkişafa can atan mütəxəssislərin axtarışına və onların cəlb edilməsinə yönəlməsi siyasəti yürüdür.

İşə qəbul ediləndən və sınaq müddətini keçdikdən dərhal sonra şirkətin HR-departamenti yeni əməkdaşın gələcək peşəkar artımı və inkişafı üçün bütün mümkün variantları nəzərdən keçirir. Kadrlar xidmətinin vəzifələrindən biri də, daha məsul məsələ və layihələr üzərində işə cəlb etmək məqsədilə perspektiv kadrların müəyyən edilməsidir.

“PAŞA Sığorta” şirkətində çalışmaq – Azərbaycanın ən dinamik inkişaf edən və perspektiv sığorta şirkətlərinin birində öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir.

“PAŞA Sığorta” şirkətində karyera qurmaq arzusunda olan namizədlər bu ünvana müraciət edə bilərlər: recruitment@pasha-insurance.az

Sığorta hadisələri

001Müvəffəqiyyətli reabilitasiya

Bir qayda olaraq, insan heç vaxt hansısa bədbəxt hadisənin qurbanı ola biləcəyi barədə düşünmür. Amma, müasir həyatın ritmi öz şərtlərini diktə etməkdədir. Axı insanlar potensial təhlükəli nəqliyyat vasitələrindən də istifadə daxil olmaqla, yollara çox vaxt sərf edirlər... Hələ bundan da başqa, həyat və sağlamlığa təhlükəli işləri də yerinə yetirirlər, idmanın ekstremal növləri ilə də məşğul olurlar. Bu zaman isə bəzi hallarda zədə və ya şikəstlik almaq ehtimalı dəfələrlə artır.

Daha sonra ...