logo

Təkrarsığorta

25

Təkrarsığorta

“PAŞA Sığorta” şirkətində bağlanılan sığorta müqavilələrinin etibarlılığı aparıcı mütəxəssislər tərəfindən hazırlanmış təkrarsığorta proqramı ilə təmin olunur. Sığorta təminatı təqdim edərkən, “PAŞA Sığorta”-nın anderrayterləri yalnız riskin həcmini deyil, həmçinin onun şirkətin öz üzərində saxlanılması və ya təkrarsığortaya ötürülməsi zəruriyyətini dəyərləndirirlər.
Dəqiq ölçülmüş təkrarsığorta siyasətinin hesabına həm müştərinin, həm də “PAŞA Sığorta”-nın maliyyə maraqları müdafiə olunur. Dünyanın aparıcı sığorta şirkətləri ilə aparılan təkrarsığorta proqramı, həmçinin şirkətin öz maliyyə resursları Sizin risklərinizin etibarlı yerləşdirilməsinə zəmanət verir.

“PAŞA Sığorta” öz fəaliyyətində təkrarsığorta imkanlarından geniş yararlanaraq riskləri fakultativ və ya obliqator sxemlər əsasında təkrarsığortalayır.

2015-ci ilin Noyabr ayında “PAŞA Sığorta” əmlak / inşaat-montaj, yük və məsuliyyət sığorta növləri üzrə özünün ilk qeyri-mütanasib obliqator təkrarsığorta müqaviləsini bağlamışdır. Bu müqavilə  20 000 000 AZN məbləğinə qədər riskləri öz üzərində saxlamaq imkanı yaradır və Avropanın ən iri və yüksək reytinqə malik olan “Hannover Re”, “Trust Re”, “Polish RE” və “SCOR” şirkətləri, və yerli sığorta şirkətləri olan “AzRe”, “AzSığorta”, “ATA Sığorta” ilə imzalanmışdır. Bu proqram çərçivəsində lider anderrayter qismində “Hannover Re” çıxış edir.

Obliqator və fakültativ təkrarsığorta imkanlarından istifadə edərək “PAŞA Sığorta” sizin risklərinizin qısa zamanda effektiv və etibarlı müdafiəsini təmin edir.

Sığorta hadisələri

001Müvəffəqiyyətli reabilitasiya

Bir qayda olaraq, insan heç vaxt hansısa bədbəxt hadisənin qurbanı ola biləcəyi barədə düşünmür. Amma, müasir həyatın ritmi öz şərtlərini diktə etməkdədir. Axı insanlar potensial təhlükəli nəqliyyat vasitələrindən də istifadə daxil olmaqla, yollara çox vaxt sərf edirlər... Hələ bundan da başqa, həyat və sağlamlığa təhlükəli işləri də yerinə yetirirlər, idmanın ekstremal növləri ilə də məşğul olurlar. Bu zaman isə bəzi hallarda zədə və ya şikəstlik almaq ehtimalı dəfələrlə artır.

Daha sonra ...