logo

Sığorta

hadisələri

27

Sığorta hadisələri

Bir qayda olaraq, insan heç vaxt hansısa bədbəxt hadisənin qurbanı ola biləcəyi barədə düşünmür. Amma, müasir həyatın ritmi öz şərtlərini diktə etməkdədir. Axı insanlar potensial təhlükəli nəqliyyat vasitələrindən də istifadə daxil olmaqla, yollara çox vaxt sərf edirlər... Hələ bundan da başqa, həyat və sağlamlığa təhlükəli işləri də yerinə yetirirlər, idmanın ekstremal növləri ilə də məşğul olurlar. Bu zaman isə bəzi hallarda zədə və ya şikəstlik almaq ehtimalı dəfələrlə artır. Belə müstəvidə, bədbəxt hadisə baş verdiyi zaman zərərin əvəzinin ödənilməsi imkanını da nəzərdə saxlamaq vacibdir. Hadisə belə baş vermişdi: 2012-ci ilin mart ayında elmi-tədqiqat institutunun gənc əməkdaşı, həmişəki kimi öz avtomobilində işdən evinə qayıdan zaman ciddi yol-nəqliyyat qəzasına düşdü. Nəticədə maşın tamamilə sıradan çıxdı, sürücünün özü isə ağır vəziyyətdə yaxın xəstəxananın təcili yardım şöbəsinə çatdırıldı. Həkimlərin qoyduğu diaqnoz “qapalı ağır kəllə-beyin zədəsi, subdural hematoma, bud-çanaq sümüklərinin sınığı” oldu. Elə həmin gün, gənci xəstəxananın təcili yardım şöbəsindən xüsusi klinikaya köçürdülər. İki həftə…
Şəxsi evlərin sahiblərinə öz əmlaklarının salamat qalmaları ilə bağlı narahatlıq hissi çox yaxındır. Bəlkə də adamlar ən çox iki şeydən qorxurlar – qarətçilərdən və yanğından. Yanğın siqnalizasiyalarının və yanğınsöndürmə sistemlərinin quraşdırılmasına çox böyük vəsaitlər də sərf olunur. Bəzən isə hətta belə tədbirlər də kifayət etmir. Quba şəhərində kiçik kottecin sahibləri öz evlərini bir neçə il ərzində tikmişdilər. Məlumdur ki, bu cür xərcləri bir anın içərisində çəkmək çox müşkül bir məsələdir. Zəhmətkeş insanlar evin tikintisinə bütün mümkün yaranan azad vəsaitlərini, hətta nəinki vəsaitlərini, “ürəklərini qoymuşdular”. Nəhayət, çoxdan gözlədikləri tikinti işləri başa çatdı. Təzə evə 2011-ci ilin avqustunda köçdülər. Düz bir ildən sonra 14 avqust 2012-ci ildə isə evdə yanğın baş verdi. Əlləri hər yerdən üzülmüş ev sahibləri çarəsiz halda çoxillik zəhmətlərinin nəticələrinin necə alov içində məhv olmasına baxırdılar. Yanğınsöndürənlər gələnə kimi alov evdə olan demək olar ki, bütün mebeli və daxili bəzək işlərini məhv etdi – vaxtilə kottecin interyerində daha çox…
Limana yan almış gəmidə yanğın gecə saatlarında başladı. Tüstü iyini ilk olaraq kapitanın köməkçisi hiss etdi. Təcili şəkildə qaldırılmış gəminin komanda heyəti yanğın ocağının axtarışına başladı. Bir qədər sonra aydın oldu ki, yanğına səbəb elektrik naqilində olan nasazlıq imiş. Lakin artıq gec idi, alov kifayət qədər böyük sahəni bürümüşdü. Hələ yanğınsöndürənlər gəlib çatmamış komanda öz qüvvəsi hesabına yanğını söndürməyə çalışırdı. Lakin, tezliklə bəlli oldu ki, yanğınla mübarizə üzrə mütəxəssislərin köməyi olmadan alovun öhdəsindən gəlmək mümkün olmayacaqdır. Gəmi heyəti təcili şəkildə sahilə təxliyyə olundu və yanğınsöndürənlərin gəlişini gözlədi. 20 dəqiqə ərzində hadisə yerinə 6 yanğınsöndürən heyət gəldi. 42 nəfər yanğının söndürülməsində aktiv şəkildə iştirak edirdi. Artıq əlavə qüvvələrin, hətta yanğın aviasiyasının cəlb edilməsi barədə fikirlər də araşdırılırdı. Lakin, alovla 2 saat çəkən gərgin mübarizədən sonra onun öhdəsindən gəlmək mümkün oldu. Yanğınsöndürənlər işlərini yerinə yetirib gedəndən sonra komanda heyətinin qarşısında kədərli bir mənzərə açıldı – gəmiyə möhkəm zərər dəymişdi. Ən çox isə…
10 sentyabr 2009-cu il tarixi “Mercedes-Benz Axor” avtomobilinin sürücüsünün yaddaşına uzun müddətə həkk olacaqdır. Yük maşını tikinti şirkətinə məxsus idi. Həmin gün sürücü özünün həmişəki adi marşrutu üzrə hərəkət edirdi. Ölçülərinin böyük olmasına baxmayaraq, yaxşı manevrliliyi olan avtomobili idarə etmək çox rahat idi və bu əsl məmnuniyyət idi. Lakin Ə.Rəcəbli küçəsindən keçərkən, sürücü birdən bərk partıltı eşitdi. Partıltıdan dərhal sonra sürücü maşının yana tərəf meylləndiyini hiss etdi – deyəsən, təkər partlamışdı. 35 illik stajı olan təcrübəli sürücünün maşının sürüşməsinin qarşısını almaq üçün göstərdiyi bütün cəhdləri nəticəsiz qaldı. Ağır yük maşını mərmi kimi fənər sütununun üzərinə şütüdü. Dəhşətli zərbədən sürücü huşunu itirdi. Bir neçə andan sonra huşu özünə gələn sürücü, ilk növbədə başa düşdü ki, o sağdır və hətta heç bir ciddi zədə də almayıb. Onun ağlına gələn ikinci fikir o oldu ki, maşın bərk əzilib və onun təmiri heç də ucuz başa gələn iş deyildir. Artıq hadisənin baş verdiyi yerə qəzanın…
Son illər çox inkişaf etməkdə olan maliyyə təşkilatlarının birində gözlənilməz narahatlıqlar başladı. Keçirilən növbəti auditor yoxlaması çatışmazlıq aşkar etdi. Sonrakı araşdırmalar nəticəsində bəlli oldu ki, buna səbəb – təşkilatın rəhbər strukturlarında çalışan əməkdaşlardan birinin fırıldaqçı hərəkətləri olmuşdur. O, sadəcə vəsaitlərin bir hissəsini özünə mənimsəmişdi. Baş vermiş hadisə barədə şayiələr əvvəlcə şirkət daxilində, sonradan isə onun divarlarını aşaraq kənarda da sürətlə yayılmağa başladı. Bu xoşagəlməz məsələ çox sayda insanı – maliyyə təşkilatının müştərilərindən başlamış onun səhmdarları və əməkdaşlarına qədər bir çoxlarını zərbə altına qoydu. Belə hadisələr şirkətin imicinə və işgüzar nüfuzuna böyük xələl gətirir. Belə hallar barədə məlumat yayılan kimi təşkilatın müştəriləri, əmanətçiləri arasında narahatlıq və çaxnaşma yaranır. Müştərilər maliyyə təşkilatının səhlənkar menecmentinin günahsız qurbanlarına çevrilməmək üçün öz vəsaitlərini oradan çıxarmağa tələsirlər. Bu halda, təşkilat üçün baş verənlərə baxmayaraq, özünün tamamilə ödəmə qabiliyyətli olmasını və üzərində olan bütün öhdəlikləri yerinə yetirə bilmək iqtidarında olmasını ictimaiyyətə göstərmək çox vacibdir. Xoşbəxtlikdən, onun rəhbərləri…
Avtomobil almaq – həmişə çox sevinc bəxş edən bir hadisədir. Yaxşı və bahalı bir maşının sahibi olmaq isə daha çox həzz verir. Lakin, avtomobil sahibləri qəbul etməlidirlər ki, alış zamanı həqiqi məmnunluğu yalnız çəkilmiş bu qədər xərcin bir andaca heçə getməsi təhlükəsi olmadığı zaman hiss etmək olur. Yol – elə bir şeydir ki, onun necə olacağı barədə əvvəlcədən heç nə demək olmur. Yol qəzası isə hamının, hətta ən təcrübəli sürücünün belə başına gələ bilər. Ona görə də ən müdrik qərar – maşını alan kimi onu sığortalamaqdır. Təptəzə “Audi Q5” avtomobilinin alıcısı məhz elə bu cür də hərəkət etdi. Elə avtosalondaca maşının sənədlərini rəsmiləşdirən zaman, avtosığorta şəhadətnaməsini aldı. Həyat yoldaşının ad gününə ona hədiyyə etmək istəyirdi. Avtomobili sığorta etdirib-etdirməməklə bağlı onda heç bir şübhə yox idi. Bəzən avtomobil sığortası müqaviləsinin qiyməti maşın sahiblərini çəkindirsə də, sonradan onlar qazandıqları mənfi təcrübədən başa düşürlər ki, daha çox vəsait itirməkdənsə, azacıq məbləği qurban verməyin…

Sığorta hadisələri

Пожар на кораблеGəmidə yanğın

Limanda yan almış gəmidə yanğın gecə saatlarında başladı. Tüstü iyini ilk olaraq kapitanın köməkçisi hiss elədi. Təcili şəkildə qaldırılmış gəminin komanda heyəti yanğın ocağının axtarışına başladı. Bir qədər sonra aydın oldu ki, yanğına səbəb elektrik naqilində olan nasazlıq imiş. Lakin artıq gec idi, alov kifayət qədər böyük sahəni bürümüşdü. Hələ yanğınsöndürənlər gəlib çatmamış komanda öz qüvvəsi hesabına yanğını söndürməyə çalışırdı.

Daha sonra ...