logo

Əmlak

sığortası

Pasha-Insurance-property-child

Əmlak sığortası

“PAŞA Sığorta” şirkəti öz müştərilərinə fiziki şəxslərin əmlakının sığortası üzrə kompleks proqramlar təklif edir. Bu əmlak – mənzillər, evlər və onların daxili bəzək və avadanlıqları və sairədən ibarət ola bilər. Aşağıdakı hallarda sığortalının çəkdiyi ziyana görə sığorta ödənişi həyata keçirilir:

* yanğın;
* su, istilik təchizatı, kanalizasiya və sairə sistemlərində baş vermiş qəzalar;
* təbii fəlakət;
* üçüncü şəxslərin oğurluq, talan, qarət və digər hüquqazidd hərəkətləri;
* uçan obyektlərin və ya onların qalıqlarının düşməsi, nəqliyyat vasitələrinin sığortalanmış əmlakla toqquşması, ağacların və digər əşyaların düşməsi;
* partlayış və sairə.

Bundan da başqa “PAŞA Sığorta” şirkətində yaşayış yerlərinin istismarı zamanı mülki məsuliyyətin sığortası müqaviləsini imzalamaq mümkündür. Bu halda sığortalı, təsadüfən qonşulara vurulmuş ziyan ilə bağlı xərclərin ödənilməsi zərurətindən azad olunur.

İcbari əmlak sığortası barədə ətraflı məlumat burada
 
“Yaşıl Bakı” məhsulu barədə ətraflı məlumat burada

Sığorta hadisələri

Пожар на кораблеGəmidə yanğın

Limanda yan almış gəmidə yanğın gecə saatlarında başladı. Tüstü iyini ilk olaraq kapitanın köməkçisi hiss elədi. Təcili şəkildə qaldırılmış gəminin komanda heyəti yanğın ocağının axtarışına başladı. Bir qədər sonra aydın oldu ki, yanğına səbəb elektrik naqilində olan nasazlıq imiş. Lakin artıq gec idi, alov kifayət qədər böyük sahəni bürümüşdü. Hələ yanğınsöndürənlər gəlib çatmamış komanda öz qüvvəsi hesabına yanğını söndürməyə çalışırdı.

Daha sonra ...