logo

Fərdi

sığorta

35

Fərdi sığorta

Müasir cəmiyyətdə, hər bir vətəndaş bir qayda olaraq, eyni zamanda bir neçə fərdi (şəxsi) sığorta proqramının iştirakçısına çevrilir. Fərdi sığorta – sığorta müqaviləsində təsvir edilmiş sığorta hadisəsi baş verdiyı halda fiziki şəxsin maraqlarının müdafiəsi üçün nəzərdə tutulmuş bir sığorta növüdür. Bu, özündə iki əsas istiqamət – icbari və könüllü sığorta istiqamətlərini birləşdirən geniş bir sığorta sahəsidir.

İcbari sığorta, avtomobil sahiblərinin əmlak və mülki məsuliyyətinin icbari sığortasından ibarətdir. Dövlətin təşəbbüsü ilə həyata keçirilən belə sığorta növləri istisnasız olaraq, ölkənin bütün vətəndaşların müdafiəsini əhatə etməlidir.

Lakin, könüllü sığorta müqaviləsinin bağlanıb-bağlanmaması barədə qərarı isə hər bir sığortaçı özü verir. Bu müqavilə əmlakın əlavə sığortası, nəqliyyat sığortası və həmçinin turist sığortası formasında ola bilər.

“PAŞA Sığorta” şirkətinin mütəxəssisləri hər bir müştəri üçün onun istəkləri və imkanları nəzərə alınmaqla fərdi sığorta proqramları hazırlayır və təqdim edirlər.

Sığorta hadisələri

Разбитый грузовикZədələnmiş yük maşını

10 sentyabr 2009-cu il tarixi “Mercedes-Benz Axor” avtomobilinin sürücüsünün yaddaşına uzun müddətə həkk olacaqdır. Yük maşını tikinti şirkətinə məxsus idi. Həmin gün sürücü özünün həmişəki adi marşrutu üzrə hərəkət edirdi. Ölçülərinin böyük olmasına baxmayaraq, yaxşı manevrliliyi olan avtomobili idarə etmək çox rahat idi və bu əsl məmnuniyyət idi. Lakin Ə.Rəcəbli küçəsindən keçərkən, sürücü birdən bərk partıltı eşitdi. Partıltıdan dərhal sonra sürücü maşının yana tərəf meylləndiyini hiss etdi – deyəsən, təkər partlamışdı.

Daha sonra ...