logo

Sual-cavab

26

Tez-tez verilən suallar

1) Sığorta nədir?

- Sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

2) Sığortalı (sığorta etdirən) kimdir?

- Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi.

3) Sığortaçı kimdir?

- Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir.

4) Faydalanan şəxs kimdir?

- Faydalanan şəxs – icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs.

5) Azadolma nədir?

- Azadolma – Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

6) Əmlakın sığortası nə deməkdir?

- Əmlakın sığortası – sığortanın elə növüdür ki, burada sığorta obyekti qismində sığortalının istifadəsinə, sahibliyində və ya sərəncaminda olan daşınar və daşınmaz əmlak çıxış edir.

7) Tikinti-montaj risklərinin sığortası dedikdə nə başa düşülür?

- Tikinti-montaj risklərinin sığortası – tikinti obyektlərinin, tikinti avadanlığının, materiallarının və digər əmlakının təsadüfi məhvi və ya zədələnməsi risklərindən bütün tikinti iştirakçılarının müdafiəsini təmin edən kompleks sığorta növüdür. Bu sığorta, həmçinin, tikinti fəaliyyəti zamanı üçüncü şəxslərə vurulan zərərə görə mülki məsuliyyətə də təminat verir.

8) Yükdaşımaların sığortası nə deməkdir?

- Yükdaşımaların sığortası – yükün daşınması prosesində baş vermiş müxtəlif hadisələr (sığorta hadisələri) nəticəsində dəymiş ziyan zamanı yük sahiblərinin əmlak maraqlarının müdafiəsi məqsədi daşıyan əmlak sığortasının bir növüdür.

9) Məsuliyyətin sığortası nə deməkdir?

- Məsuliyyətin sığortası – sığortalı tərəfindən üçüncü şəxslərə ehtiyatsızlıqdan vurulmuş ziyanın kompensasiya edilməsini nəzərdə tutur.

10) Təkrarsığorta nədir?

- Təkrarsığorta – sığorta risklərini üzərinə götürən sığortaçının (sığorta şirkətinin), bu risklər üzrə məsuliyyətin bir hissəsinin digər sığortaçıya (sığorta şirkətlərinə) ötürməsi ilə müşayiət olunan risklərin bölünməsidir. Təkrarsığorta, bir sığortaçı üçün təklikdə çox böyük ola bilən riskləri, digər sığortaçı ilə paylaşaraq, bu riskləri qəbul etməyə imkan verir.

11) Tibbi sığorta nədir?

- Tibbi sığorta – sağlamlığın mühafizəsi üzrə əhalinin maraqlarının sosial təminatı formasıdır və sığorta hadisəsi baş verdikdə sığortaçı tərəfindən toplanmış vəsait hesabına tibbi xərclərin ödənilməsini nəzərdə tutur.

12) Tibbi sığorta subyektləri hansılardır?

- Tibbi sığorta subyektləri: vətəndaş (sığorta olunan), sığortalı, sığorta şirkəti (sığortaçı) və tibb müəssisəsidir.

13) Səyahət sığortası nədir?

- Səyahət sığortası – xaricə gedən insanın öz həyat və sağlamlığını sığortaladığı xüsusi sığorta proqramıdır.

14) Səyahət sığortası üzrə beynəlxalq şəhadətnaməsinin əldə edilməsinin hansı üstünlükləri var?

- Tibbi xərclər sığortası üzrə beynəlxalq şəhadətnamə – dünyanın hər hansı bir ölkəsində səfər vaxtı baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı günün 24 saatı boyunca tibbi yardımın göstərilməsinə və tibbi xərclərin ödənilməsinə zəmanət verir.

15) AVTO-KASKO polisi nə deməkdir?

- AVTO-KASKO – avtomobilin banının yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin, eyni zamanda hər hansı bir cisimlə toqquşmasından, təbiət hadisələrindən, yanğından, üçüncü şəxslərin qeyri-qanuni hərəkətlərindən və ya qaçırılmasından irəli gələn ziyanın sığortası deməkdir. Bu sığorta növü, üçüncü şəxslər qarşısında məsuliyyəti nəzərdə tutmur. Belə ki, məsuliyyətin risklərinə ayrıca bir sığorta növünə əsasən təminat verilir.

16) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hansı riskləri əhatə edir?

- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası – mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Yəni bu sığorta növü avtonəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən şəxslərin (mülkiyyətində avtonəqliyyat vasitəsi olan və ya həmin avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni avtonəqliyyat vasitəsini icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslərin) səhvi nəticəsində ətrafdakılara dəyən zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutur.

17) Kompensasiya ödənişləri hansı hallarda təqdim edilir?

- Əgər sığortaçı ödəmə qabiliyyətinin olmaması səbəbindən icbari sığorta müqaviləsi üzrə sağlamlığa və/və ya əmlaka dəymiş zərərin ödənilməsi öhdəliklərini yerinə yetirə bilmirsə;
· Əgər sağlamlığa dəymiş zərər müəyyən olunmamış nəqliyyat vasitəsi tərəfindən edilibsə;
· Əgər üçüncü şəxsin sağlamlığına zərər “İcbari sığorta haqqında” Qanunun III bölməsində nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığortası üzrə müqavilə bağlamamış şəxs tərəfindən vurulubsa və sağlamlığına zərər yetirilmiş şəxs, ona zərər vurmuş şəxsə zərərin ödənilməsi tələbi ilə müraciət etmiş, lakin bu tələb təmin edilməmişdir.

18) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı nə qədərdir?

- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının məbləği Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 dekabr 2011-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na əsasən müəyyən olunur. Bu Qaydalara əsasən hazırki sığorta haqqının baza məbləği 50 manat müəyyən edilmişdir və mühərriki 1500 sm3-ədək olan avtomobillərə tətbiq olunur. Avtomobilin mühərrikinin həcmi artdıqca, baza sığorta məbləğlərinə 1,5-dən 5-dək yüksəldici əmsallar tətbiq olunur. Həmçinin, Bonus-Malus sisteminə görə, sığorta müqaviləsi bağlayan şəxslərin ödəməli olduqları sığorta məbləğlərinə onların “qəza tarixçələri” də təsir göstərir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, qəza törətməyən sürücülərin ödədiyi sığorta haqları hər il azalır, ilboyu qəza törədən və yol-nəqliyyat hadisələrinə görə ödəniş alan digər sürücülərin ödədiyi sığorta haqqı isə artır. Avtonəqliyyat vasitəsinin növünə və Bonus-Malus sinfinə görə əmsallar yuxarıda adı çəkilən Qaydalarda göstərilmişdir.

19) Kompensasiya ödənişi almaq üçün hansı addımları atmaq lazımdır?

- Kompensasiya ödənişi, bu kompensasiyanın alınmasına hüququ olan şəxsin yazılı müraciəti əsasında həyata keçirilir. Kompensasiya ödənişi almağa hüququ olan şəxslə Büro arasındakı münasibətlər, icbari sığorta müqaviləsinin müvafiq növünün benefisiarı ilə sığortaçı arasında yaranan münasibətlərə tətbiq edilən qanunvericiliyin tələblərinə əsasən nizamlanır.
Kompensasiya ödənişi, icbari sığortanın müvafiq növünə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə həyata keçirilir.
Kompensasiya ödənişlərinin məbləği hesablanarkən, zərər vurulmuş şəxsə sığortaçı tərəfindən və/və ya zərərə görə məsuliyyət daşıyan şəxs tərəfindən vurulmuş zərərə dair ödənilmiş məbləğlər çıxılır.

20) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği nə qədərdir?

- “İcbari sığortalar haqqında” Qanunun 56-cı maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:
* fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
* üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

21) Əgər bir şəxs üçün icbari sığorta şəhadətnaməsi yazılıbsa və həmin avtomobil digər şəxsə etibarnamə əsasında verilibsə, icbari sığorta şəhadətnaməsi yenidən yazılmalıdırmı? Yəni bir maşın üçün iki icbari sığorta şəhadətnaməsi yazıla bilərmi?

- “İcbari sığortalar haqqında” Qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, həmin avtonəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən istənilən şəxs (həmin avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni avtonəqliyyat vasitəsini icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxs), üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyini sığortalanmış hesab edilir. Yəni avtomobildən qanuni əsaslarla bir neçə nəfər istifadə etdikdə, onlardan yalnız birinin sığortalanması kifayətdir. Onun sığortası bu avtomobilin bütün qanuni istifadəçilərinə şamil edilir. İcbari sığorta şəhadətnamələri İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə bağlanır ki, həmin informasiya sistemində də bir nəqliyyat vasitəsi ilə bağlı yalnız bir sığorta şəhadətnaməsi buraxmaq imkanı var.

22) Avtomobilim sığortalıdır və mən onu satmaq istəyirəm. Bu halda sığorta müqaviləsinə xitam veriləcəkmi?

- “İcbari sığortalar haqqında” qanunun 51.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var.

23) Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətlərinin icbari sığorta müqaviləsinin olmasını məsafədən təsdiq etmək mümkündürmü?

- Bəli, siz SMS 9707 xidmətindən istifadə etməklə, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsində öz əksini tapmış bu və ya digər məlumatları ala bilərsiniz.

Sığorta hadisələri

Пожар на кораблеGəmidə yanğın

Limanda yan almış gəmidə yanğın gecə saatlarında başladı. Tüstü iyini ilk olaraq kapitanın köməkçisi hiss elədi. Təcili şəkildə qaldırılmış gəminin komanda heyəti yanğın ocağının axtarışına başladı. Bir qədər sonra aydın oldu ki, yanğına səbəb elektrik naqilində olan nasazlıq imiş. Lakin artıq gec idi, alov kifayət qədər böyük sahəni bürümüşdü. Hələ yanğınsöndürənlər gəlib çatmamış komanda öz qüvvəsi hesabına yanğını söndürməyə çalışırdı.

Daha sonra ...