logo

Nəqliyyat

sığortası

Pasha-Insurance-property2

Nəqliyyat sığortası

“PAŞA Sığorta” şirkəti öz müştərilərinə avtonəqliyyat vasitələrinin kompleks sığortası üzrə xidmətlər təklif edir. Avtonəqliyyat vasitələrinin kompleks sığortası polisi aşağıdakıları əhatə edir:

* yol-nəqliyyat hadisəsi, yanğın, partlayış, üçüncü şəxslərin hüquqazidd hərəkətləri və digər risklər nəticəsində avtomobilə dəymiş ziyanı;
* avtomobilin qaçırılması və ya oğurlanması nəticəsində ona dəymiş ziyanı;
* üçüncü şəxslərin əmlakına və sağlamlığına hüquqazidd formada dəymiş ziyanı;
* bədbəxt hadisə nəticəsində sığortalanmış avtomobilin sürücüsünə və sərnişinlərinə dəymiş ziyanı;
* yol-nəqliyyat hadisəsi zamanı alınmış zədələrin müalicəsinə çəkilmiş xərclərin ödənilməsi.

“PAŞA Sığorta” şirkətində avtomobil sığortası müştərilərə əlavə bonuslar da təklif edir:

* KASKO polisinə ödənişsiz əlavə sürücünün daxil edilməsi imkanı;
* avtomobilin saxlandığı yerin KASKO polisinin qiymətinə təsir göstərməməsi;
* KASKO polisi üzrə sığorta hadisəsinin baş verməsi barədə ərizənin 24 saat ərzində qəbul edilməsi;
* sənədlərin rəsmiləşdirilməsinə yardım etmək üçün şirkətin mütəxəssisinin yol-nəqliyyat hadisəsi baş verdiyi yerə gəlməsi;
* sığorta hadisəsi zamanı avtomobilin pulsuz evakuasiya edilməsi;
* sığorta ödənişinin alınması forması kimi avtomobilin təmirini həyata keçirənin hesabına köçürmə variantını seçə bilmək imkanı.

“PAŞA Sığorta” şirkətinin mütəxəssisləri tərəfindən avtomobil sığortası üzrə müqavilələrin rəsmiləşdirilməsinin çevik endirim sistemi, həmçinin hər hansı sığorta xərci edilməmiş müştərilərin mükafatlandırılması sistemi işlənib hazırlanmışdır. Sığorta mükafatının möhlətlə ödənilməsi imkanı da şirkətin müştərilərə təqdim etdiyi üstünlüklərdəndir.

KASKO sığortası paketləri barədə ətarflı məlumat burada.

Xanımlar üçün özəl olan “PASHA Ladies” sığorta paketi barədə ətraflı məlumat burada

Sığorta hadisələri

Разбитый грузовикZədələnmiş yük maşını

10 sentyabr 2009-cu il tarixi “Mercedes-Benz Axor” avtomobilinin sürücüsünün yaddaşına uzun müddətə həkk olacaqdır. Yük maşını tikinti şirkətinə məxsus idi. Həmin gün sürücü özünün həmişəki adi marşrutu üzrə hərəkət edirdi. Ölçülərinin böyük olmasına baxmayaraq, yaxşı manevrliliyi olan avtomobili idarə etmək çox rahat idi və bu əsl məmnuniyyət idi. Lakin Ə.Rəcəbli küçəsindən keçərkən, sürücü birdən bərk partıltı eşitdi. Partıltıdan dərhal sonra sürücü maşının yana tərəf meylləndiyini hiss etdi – deyəsən, təkər partlamışdı.

Daha sonra ...