logo

Könüllü

tibbi sığorta

10

Könüllü tibbi sığorta

Tibbi sığorta – “PAŞA Sığorta” şirkətinin biznesinin inkişafının prioritetlərindən, daha çox üstünlük verilən fəaliyyət istiqamətlərindən biridir. Bu gün, “PAŞA Sığorta” şirkəti sığortaçılıq fəaliyyətinin bu mürəkkəb sahəsində lider mövqeyi tutur.

“PAŞA Sığorta” şirkətində könüllü tibbi sığorta – münasib qiymətə ixtisaslı tibbi yardım almaq, müasir tibbi texnologiyaların tətbiqi ilə diaqnostika və müalicənin bahalı növlərindən istifadə etmək imkanı yaradır. Müştərinin ehtiyaclarına yönəlmiş çoxillik iş təcrübəsi tibbi sığortaçı olaraq “PAŞA Sığorta”-ya üstünlük verilməsinə zamin yaradır. Müştərilərimiz öz sağlamlıqlarını bizə aşağıda sadalanan səbəblərə görə etibar etmişlər:

* fərdi sığorta proqramı tərtib edilməsi zamanı müştərinin imkan və arzularına ən optimal və çevik yanaşma nümayiş etdiririk;
* sığortalılarımız günün 24 saatı, həftənin 7 günü ərzində fəaliyyətdə olan dispetçer xidmətinə müraciət edə bilərlər. İxtisaslı həkim personalı bütün tibbi problemlərinizin həllində sizə dəstək olmağa hər zaman hazırdır;
* tibbi sığorta şəhadətnaməsi üzrə müalicə, tibbi yardım üçün tibb müəssisələrinə birbaşa müraciətdən daha ucuz başa gəlir;
* sığorta haqqı sığorta müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində dəyişilməz olaraq qalır. İl ərzində tibbi xidmətlərin qiymətlərinin artımı sığorta şəhadətnaməsinin qiymətinə təsir etmir;
* sığortalılar üçün ən yaxşı tibbi müəssisələrinin seçilməsi “PAŞA Sığorta” şirkətinin mütəxəssislərinin bugünkü səhiyyə sahəsi ilə dərindən tanışlığına və ölkənin 50-dən çox aparıcı tibbi müəssisələri ilə əməkdaşlığına əsaslanır.

“PAŞA Sığorta” şirkətinin mütəxəssisləri öz müştərilərinə göstərilən tibbi xidmətin keyfiyyətinə daima nəzarət edir və tibb müəssisəsi ilə müştəri arasında mübahisələr zamanı isə müştərinin maraqlarını müdafiə edirlər.

“PAŞA Sığorta” şirkətində tibbi sığorta – Sizin sağlamlığınızın təminatıdır!

“PAŞA Sığorta” şirkətinin həyata keçirdiyi müxtəlif korporativ tibbi sığorta proqramları barədə daha ətraflı məlumat əldə etmək üçün həftənin 7 günü ərzində *7000 nömrəli Sığorta Məsləhətləri Xəttinə müraciət edə bilərsiniz. Həmçinin, bizim məsləhətçilər təqdimatı Sizin ofisinizdə və Sizə rahat olan vaxtda təşkil edə bilərlər.

Sığorta hadisələri

Мошенничество в финансовом учрежденииMaliyyə təşkilatında fırıldaqçılıq

Son illər çox inkişaf etməkdə olan maliyyə təşkilatlarının birində gözlənilməz narahatlıqlar başladı. Keçirilən növbəti auditor yoxlaması çatışmazlıq aşkar etdi. Sonrakı araşdırmalar nəticəsində bəlli oldu ki, buna səbəb – təşkilatın rəhbər strukturlarında çalışan əməkdaşlardan birinin fırıldaqçı hərəkətləri olmuşdur. O, sadəcə vəsaitlərin bir hissəsini özünə mənimsəmişdi.

Daha sonra ...