logo

İnşaat

sığortası

13333

İnşaat sığortası

“PAŞA Sığorta” şirkətinin tikinti-montaj risklərinin sığorta müqaviləsini tərtib edən mütəxəssisləri müştərinin bütün tələbləri ilə bərabər, onun maliyyə imkanlarını da nəzərə alırlar. Fərdi qaydada sığorta proqramına aşağıdakı sığorta alətləri daxil ola bilər:

* tikinti işlərinin sığortası;
* montaj işlərinin sığortası;
* tikinti texnikasının sığortası;
* tikinti meydançası avadanlığının sığortası;
* işəsalmadan sonrakı zəmanət öhdəliklərinin sığortalanması;
* tikinti-montaj işləri görülərkən üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortalanması.

Tikinti-montaj işlərinin sığorta proqramının əsas elementi – bilavasitə tikinti və ya montaj işlərinin sığortalanmasıdır. Bu halda sığorta məbləği tikinti işlərinin tam layihə (smeta) dəyərinin həcmində müəyyən edilir. Əvəzi ödənilən zərərin məbləği, istifadəyə yararlı qalıqlarının çıxılması şərti ilə obyekt üzərində aparılan işlərin tamamlanması dərəcəsindən asılı olur.

Sığorta hadisələri

001Müvəffəqiyyətli reabilitasiya

Bir qayda olaraq, insan heç vaxt hansısa bədbəxt hadisənin qurbanı ola biləcəyi barədə düşünmür. Amma, müasir həyatın ritmi öz şərtlərini diktə etməkdədir. Axı insanlar potensial təhlükəli nəqliyyat vasitələrindən də istifadə daxil olmaqla, yollara çox vaxt sərf edirlər... Hələ bundan da başqa, həyat və sağlamlığa təhlükəli işləri də yerinə yetirirlər, idmanın ekstremal növləri ilə də məşğul olurlar. Bu zaman isə bəzi hallarda zədə və ya şikəstlik almaq ehtimalı dəfələrlə artır.

Daha sonra ...