logo

İcbari

sığorta

16

İcbari sığorta

İcbari sığorta əhalinin geniş təbəqəsinin, hüquqi şəxslərin və ya bütövlükdə dövlətin risklərdən müdafiəsini nəzərdə tutur. İcbari sığorta müqaviləsi fiziki və ya hüquqi şəxslərlə bağlanır, o halda ki, onların qanunla təsdiq olunmuş qaydada üzərlərinə müəyyən qrup vətəndaşların və ya həyatın, sağlamlığın, həmçinin əmlakın sığorta edilməsi üzrə vəzifəsi (təhəddüdü) müəyyənləşdirilib.

İcbari sığorta üzrə fəaliyyət “İcbari sığorta növləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sığorta şirkətləri yalnız müvafiq lisenziya aldıqdan sonra bu fəaliyyət növü ilə məşğul ola bilərlər.

“PAŞA Sığorta” şirkəti avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortaları üzrə lisenziyalara malikdir. Şirkət, İcbari sığorta növləri üzrə büronun reyestrinə daxil edilib.

İcbari sığorta növləri üzrə müqavilələri həm “PAŞA Sığorta” şirkətinin baş ofisində, həm də şirkətin bütün respublika ərazisində mövcud olan agentliklərində bağlamaq mümkündür. Sığorta polislərinin rəsmiləşdirilməsi, İcbari sığorta növləri üzrə büronun vahid məlumat sisteminə qoşularaq onlayn rejimində həyata keçirilir.

QeydDaşınmaz əmlakın icbari sığortası ilə bağlı ətraflı məlumat burada.

Sığorta hadisələri

001Rahatlığın təminatı – avtosığorta

Avtomobil almaq – həmişə çox sevinc bəxş edən bir hadisədir. Yaxşı və bahalı bir maşının sahibi olmaq isə daha çox həzz verir. Lakin, avtomobil sahibləri qəbul etməlidirlər ki, alış zamanı həqiqi məmnunluğu yalnız çəkilmiş bu qədər xərcin bir andaca heçə getməsi təhlükəsi olmadığı zaman hiss etmək olur. Yol – elə bir şeydir ki, onun necə olacağı barədə əvvəlcədən heç nə demək olmur.

Daha sonra ...