logo

Yüklərin

sığortası

7

Yük sığortası

“PAŞA Sığorta” şirkəti hər hansı bir nəqliyyat növü ilə həyata keçirilən, hər hansı bir marşrut üzrə hərəkət edən yükdaşımaların sığortası üzrə xidmətlər təklif edir. Şirkətin mütəxəssisləri tərəfindən bu sahədə aşağıdakı proqramlar işlənib hazırlanmışdır:

* birdəfəlik yük daşınması üzrə sığorta şəhadətnaməsi;
* müəyyən dövr ərzində bütün yük daşımalarını əhatə edən yüklərin daşınması üzrə ümumi sığorta şəhadətnaməsi (müqavilə).

Yükdaşımaların sığorta polisi, gözlənilməz hallar: məsələn, oğurluq, qarət, hərbi risklər, lokautlar və s. – səbəbindən baş vermiş yükün zədələnməsi və ya itkisi nəticəsində dəymiş ziyanı ödəyir. Eyni zamanda, yükün zədələnməsi və ya məhvi, zədələnmiş yükün xilası və ya təmiri, ekspertiza üzrə yaranmış xərclər də sığorta məbləği ilə örtülür.

Sığorta hadisələri

Пожар на кораблеGəmidə yanğın

Limanda yan almış gəmidə yanğın gecə saatlarında başladı. Tüstü iyini ilk olaraq kapitanın köməkçisi hiss elədi. Təcili şəkildə qaldırılmış gəminin komanda heyəti yanğın ocağının axtarışına başladı. Bir qədər sonra aydın oldu ki, yanğına səbəb elektrik naqilində olan nasazlıq imiş. Lakin artıq gec idi, alov kifayət qədər böyük sahəni bürümüşdü. Hələ yanğınsöndürənlər gəlib çatmamış komanda öz qüvvəsi hesabına yanğını söndürməyə çalışırdı.

Daha sonra ...