logo

Korporativ

sığorta

34

Korporativ sığorta

Korporativ sığorta – müxtəlif sığorta növlərini özündə birləşdirən kompleks proqramları nəzərdə tutur. Korporativ sığortanın əhatə etdiyi sığorta növlərinin tam olmayan sıyahısı aşağıdakı kimidir: əmlak sığortası, mülki məsuliyyətin sığortası, əməkdaşların həyat və sağlamlıqlarının sığortası və s. Korporativ sığorta istər əmlakın məhv olması və ya korlanması, avadanlığın zədələnməsi və s. nəticəsində, istərsə də bağlanmış müqavilələrə görə öhdəliklərin yerinə yetirilməsi müddətlərinə riayət olunmamasına, kreditin qaytarıla bilməməsinə və ya müəssisənin almalı olduğu mənfəəti ala bilməməsinə görə müştəriyə dəymiş ziyanı ödənilməsi məqsədini daşıyır.

“PAŞA Sığorta” şirkəti iqtisadiyyatın müxtəlif sahələr – neft, tikinti, nəqliyyat və s. sahələr üçün korporativ sığorta üzrə həll variantlarının hazırlanması və tətbiqi ilə məşğul olur. Müştərilərin sığorta ehtiyaclarını təmin etmək olunması üçün şirkət xüsusi kompleks proqramlar – bank, dəniz, kompleks tibbi yardım və digər bu kimi bir çox sığorta proqramları hazırlamışdır.

Sığorta hadisələri

001Rahatlığın təminatı – avtosığorta

Avtomobil almaq – həmişə çox sevinc bəxş edən bir hadisədir. Yaxşı və bahalı bir maşının sahibi olmaq isə daha çox həzz verir. Lakin, avtomobil sahibləri qəbul etməlidirlər ki, alış zamanı həqiqi məmnunluğu yalnız çəkilmiş bu qədər xərcin bir andaca heçə getməsi təhlükəsi olmadığı zaman hiss etmək olur. Yol – elə bir şeydir ki, onun necə olacağı barədə əvvəlcədən heç nə demək olmur.

Daha sonra ...