logo

Şirkət

və cəmiyyət

Şirkət və cəmiyyət

Pasha ins slide10Bakı şəhərində nəqliyyatın idarə edilməsi sisteminin hal-hazırda öz keçid dövrünü yaşaması və bunun nəticəsində piyadalara zebra keçidində yol verməmək kimi yol hərəkəti qaydalarının sürücülər tərəfindən mütəmadi olaraq pozulması hallarının qarşısının alınması zərurətini nəzərə alaraq,sığorta bazarının lideri olan PAŞA Sığortaşirkəti, BakıŞəhəriDövlətYolPolisiİdarəsi (BDYPİ) ilə birgə Korporativ Sosial Məsuliyyət (KSM) layihələri çərçivəsində "NümunəviSürücü" adlı növbəti social layihəyə start vermişdir.
 
Bu layihə çərçivəsində nümunəvi avtomobil sürücüləri BDYPİ tərəfindən qeydiyyata alınaraq, ünvanlarına “təşəkkür məktubları” göndərilir. Bu məktub onlara PAŞA Sığortaşirkətinin könüllü sığorta məhsullarına 10%-dək endirimlərdən yararlanmaq imkanıda təqdimedir.Qeyd olunan həvəsləndirmə tədbirlərinə əlavə olaraq “nümunəvi sürücülər”-in avtomobillərinin fotoşəkilləri layihənin rəsmi facebook səhifəsi olanhttps://www.facebook.com/Numunevisurucuyerləşdirilərək digər sosial medya istifadəçilərinə örnək olacaqdır.
 
Sığorta bazarının lideri PAŞA Sığorta şirkəti özünü Azərbaycanın social mühitinin bir hissəsi olduğunu dərk edir və bu mühitin yaxşılaşdırılması yönündə atdığı social yönümlü layihələri gələcəkdə də uğurla davam etdirməyi planlaşdırır. Qeyd etmək istərdik ki, bu layihə PAŞA Sığorta ASC tərəfindən həyata keçirilən yeganə layihədeyil və bu kimi KSM proqramlarının ənənəvi xarakter daşıması şirkətin siyasətinin ayrılmaz hissəsidir.
24“PAŞA Sığorta” şirkəti xeyriyyə proqramlarının həyata keçirilməsi, eləcə də sponsorluq və mesenantlıq vasitəsilə Azərbaycanın sosial həyatında, ölkədə mədəniyyətin və idmanın inkişafında aktiv şəkildə iştirak edir.

Ölkəmizdə idmanın inkişafına edilən köməyin ən parlaq nümunələrindən biri də Azərbaycanda futbol hərəkatına verilən dəstəkdir. 2010-cu ildən etibarən “PAŞA Sığorta” şirkəti Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) rəsmi sponsoru və partnyorudur. 2012-ci ildə isə şirkət futbol üzrə qadınlar arasında keçirilən U-17 FİFA Dünya Çempionatının milli partnyoru olmuşdur. “PAŞA Sığorta”-nın bu beynəlxalq turnirdə partnyorluq çərçivəsində keçirdiyi əsas tədbirləri – rəsmi final püşkatma, Azərbaycanın rayonlarına turların təşkili, fan-zonanın hazırlanması və çempionatın açılış mərasimi olmuşdur. 

Bu Dünya Çempionatı FIFA-nın Azərbaycanda keçirdiyi ilk tədbir və Azərbaycan milli komandasının da iştirak etdiyi ilk qızlar arasında U-17 yarışması olmuşdur. “PAŞA Sığorta” şirkəti ölkəmiz üçün belə əlamətdar tədbirin partnyoru rolunda çıxış etməyi özünə bir şərəf bilir.

Sığorta hadisələri

006Mebeli məhv etmiş yanğın

Şəxsi evlərin sahiblərinə öz əmlaklarının salamat qalmaları ilə bağlı narahatlıq hissi çox yaxındır. Bəlkə də adamlar ən çox iki şeydən qorxurlar – qarətçilərdən və yanğından. Yanğın siqnalizasiyalarının və yanğınsöndürmə sistemlərinin quraşdırılmasına çox böyük vəsaitlər də sərf olunur. Bəzən isə hətta belə tədbirlər də kifayət etmir. Quba şəhərində kiçik kottecin sahibləri öz evlərini bir neçə il ərzində tikmişdilər. Məlumdur ki, bu cür xərcləri bir anın içərisində çəkmək çox müşkül bir məsələdir.

Daha sonra