logo

Sığorta

hadisələri

27

Müvəffəqiyyətli reabilitasiya

001Bir qayda olaraq, insan heç vaxt hansısa bədbəxt hadisənin qurbanı ola biləcəyi barədə düşünmür. Amma, müasir həyatın ritmi öz şərtlərini diktə etməkdədir. Axı insanlar potensial təhlükəli nəqliyyat vasitələrindən də istifadə daxil olmaqla, yollara çox vaxt sərf edirlər... Hələ bundan da başqa, həyat və sağlamlığa təhlükəli işləri də yerinə yetirirlər, idmanın ekstremal növləri ilə də məşğul olurlar. Bu zaman isə bəzi hallarda zədə və ya şikəstlik almaq ehtimalı dəfələrlə artır. Belə müstəvidə, bədbəxt hadisə baş verdiyi zaman zərərin əvəzinin ödənilməsi imkanını da nəzərdə saxlamaq vacibdir.

Hadisə belə baş vermişdi: 2012-ci ilin mart ayında elmi-tədqiqat institutunun gənc əməkdaşı, həmişəki kimi öz avtomobilində işdən evinə qayıdan zaman ciddi yol-nəqliyyat qəzasına düşdü. Nəticədə maşın tamamilə sıradan çıxdı, sürücünün özü isə ağır vəziyyətdə yaxın xəstəxananın təcili yardım şöbəsinə çatdırıldı. Həkimlərin qoyduğu diaqnoz “qapalı ağır kəllə-beyin zədəsi, subdural hematoma, bud-çanaq sümüklərinin sınığı” oldu. Elə həmin gün, gənci xəstəxananın təcili yardım şöbəsindən xüsusi klinikaya köçürdülər. İki həftə ərzində klinikanın reanimasiya şöbəsində aparılmış intensiv terapiya nəticəsində onun həyatına olan təhlükə aradan qalxdı. Yalnız bundan sonra aydın oldu ki, gəncin sağlamlığının tam bərpası yalnız silsilə cərrahiyyə əməliyyatları və bahalı reabilitasiya prosesindən sonra mümkün ola bilər. Müalicənin ümumi məbləği isə 24 min manatdan artıq olacaqdır. Bəs cəmi bir il əvvəl ali məktəbi bitirmiş gənc bu qədər pulu haradan əldə edəcəkdi – qəti məlum deyildi.

Lakin, birdən bəlli oldu ki, zərərçəkmişin çalışdığı təşkilatın rəhbərliyi “PAŞA Sığorta” şirkəti ilə öz əməkdaşlarının korporativ könüllü tibbi sığorta müqaviləsi bağlamışdır. Təşkilat rəhbərliyinin belə uzaqgörənliyi gənc mütəxəssisi demək olar ki, qaçılmaz görünən əlillikdən xilas etdi. “PAŞA Sığorta” sığorta şirkəti baş vermiş sığorta hadisəsi ilə əlaqədar məbləği təqribən 25 min manata çatan tibbi xərcləri ödədi. Gənc sağalmağa başladı.

Sığorta hadisələri

Разбитый грузовикZədələnmiş yük maşını

10 sentyabr 2009-cu il tarixi “Mercedes-Benz Axor” avtomobilinin sürücüsünün yaddaşına uzun müddətə həkk olacaqdır. Yük maşını tikinti şirkətinə məxsus idi. Həmin gün sürücü özünün həmişəki adi marşrutu üzrə hərəkət edirdi. Ölçülərinin böyük olmasına baxmayaraq, yaxşı manevrliliyi olan avtomobili idarə etmək çox rahat idi və bu əsl məmnuniyyət idi. Lakin Ə.Rəcəbli küçəsindən keçərkən, sürücü birdən bərk partıltı eşitdi. Partıltıdan dərhal sonra sürücü maşının yana tərəf meylləndiyini hiss etdi – deyəsən, təkər partlamışdı.

Daha sonra ...