logo

Biznesə

yanaşma

36

Biznesə yanaşma

“PAŞA Sığorta” şirkətinin fəlsəfəsi – həm korporativ, həm də fərdi müştərilərin tələblərini maksimal şəkildə təmin edilməsi düşüncəsi üzərində qurulmuşdur. Əməliyyat biznes-proseslərinin optimallaşdırılması və bu proseslərin icraçılarının yüksək peşəkarlıq səviyyəsi, bu məqsədə çatmağı mümkün etmişdir.

“PAŞA Sığorta” şirkəti, milli iqtisadiyyatın ümumi inkişaf tendensiyaları fonunda müştərilərin ehtiyaclarının vaxtında və dəqiq müəyyən edilməsini, öz sığorta məhsullarının bazarda uğurlu irəliləyişinin zəmanəti hesab edir. “PAŞA Sığorta” şirkətinin ixtisaslı mütəxəssisləri olan əməkdaşları sığorta xidmətləri bazarındakı vəziyyətin fasiləsiz monitorinqini həyata keçirirlər. Bunun nəticəsində müştərilərə və partnyorlarımıza ən aktual və sərfəli həllər təklif etmək mümkün olur. “PAŞA Sığorta” şirkətinin fəaliyyətinin başlıca məqsədi, biznes-prosesdə iştirak edən bütün tərəflərin maraqlarının qorunmasıdır.

“PAŞA Sığorta” şirkətində iş – peşəkar artım və inkişaf perspektivi deməkdir. Şirkət rəhbərliyinin xüsusi düqqət yetirdiyi məsələ - əməkdaşların tədrisi məsələsidir. Şirkət, əməkdaşlarının ən yüksək səviyyəli mütəxəssislər kimi yetişməsində bilavasitə maraqlı olduğundan, işçilərin tədrisi və ixtisaslarının artırılması üçün bütün mümkün imkanları təklif edir.

Sığorta xidmətləri bazarında çalışmaq daim ixtisas səviyyəsinin yüksəldilməsini və bu sahədə baş verən son tendensiyalardan məlumatlı olunmanı tələb edir. Elə buna görə də, “PAŞA Sığorta” şirkətinin əməkdaşlarına professional inkişaf etmək imkanları yaradılır, onlar üçün müntəzəm olaraq müxtəlif treninqlər və tədris seminarları keçirilir.

Sığorta hadisələri

Разбитый грузовикZədələnmiş yük maşını

10 sentyabr 2009-cu il tarixi “Mercedes-Benz Axor” avtomobilinin sürücüsünün yaddaşına uzun müddətə həkk olacaqdır. Yük maşını tikinti şirkətinə məxsus idi. Həmin gün sürücü özünün həmişəki adi marşrutu üzrə hərəkət edirdi. Ölçülərinin böyük olmasına baxmayaraq, yaxşı manevrliliyi olan avtomobili idarə etmək çox rahat idi və bu əsl məmnuniyyət idi. Lakin Ə.Rəcəbli küçəsindən keçərkən, sürücü birdən bərk partıltı eşitdi. Partıltıdan dərhal sonra sürücü maşının yana tərəf meylləndiyini hiss etdi – deyəsən, təkər partlamışdı.

Daha sonra ...