logo

Sığorta

hadisələri

27

Zədələnmiş yük maşını

00410 sentyabr 2009-cu il tarixi “Mercedes-Benz Axor” avtomobilinin sürücüsünün yaddaşına uzun müddətə həkk olacaqdır. Yük maşını tikinti şirkətinə məxsus idi. Həmin gün sürücü özünün həmişəki adi marşrutu üzrə hərəkət edirdi. Ölçülərinin böyük olmasına baxmayaraq, yaxşı manevrliliyi olan avtomobili idarə etmək çox rahat idi və bu əsl məmnuniyyət idi.

Lakin Ə.Rəcəbli küçəsindən keçərkən, sürücü birdən bərk partıltı eşitdi. Partıltıdan dərhal sonra sürücü maşının yana tərəf meylləndiyini hiss etdi – deyəsən, təkər partlamışdı. 35 illik stajı olan təcrübəli sürücünün maşının sürüşməsinin qarşısını almaq üçün göstərdiyi bütün cəhdləri nəticəsiz qaldı. Ağır yük maşını mərmi kimi fənər sütununun üzərinə şütüdü. 

Dəhşətli zərbədən sürücü huşunu itirdi. Bir neçə andan sonra huşu özünə gələn sürücü, ilk növbədə başa düşdü ki, o sağdır və hətta heç bir ciddi zədə də almayıb. Onun ağlına gələn ikinci fikir o oldu ki, maşın bərk əzilib və onun təmiri heç də ucuz başa gələn iş deyildir. Artıq hadisənin baş verdiyi yerə qəzanın şahidləri yığılmağa başlamışdı. Uzaqdan isə polis və təcili yardım maşınlarının siren səsləri eşidilirdi. Ətrafa yığılanlar canıyananlılıq göstərir və sürücüdən kömək lazım olub-olmamasını soruşurdular. Sürücünü isə yalnız bir fikir maraqlandırırdı – avtomobili necə təmir etsin?

“Mercedes-Benz Axor” şirkətə məxsus idi. Vicdanlı şəxs olan sürücü, baş vermiş hadisədə özünün mənəvi məsuliyyətini hiss edərək, bilərəkdən olmamasına baxmayaraq, maşına dəymiş zərəri ödəmək barədə qəti qərara gəldi. Lakin, bunun üçün maliyyə vəsaiti əldə etmək lazım idi. O, qərara gəldi ki, bağ evini satsın. Elə bu yaxınlarda qonşular bağla maraqlanır, hətta yaxşı qiymət də təklif edirdilər. Amma, o zaman sürücü bu təklifdən tamamilə boyun qaçırmışdı – o, bağını çox sevirdi və onunla ayrılmağı heç ağlına belə gətirmirdi. İndi isə, deyəsən, əzilmiş maşını təmir etdirmək üçün bu arzuedilməz sövdələşməyə getməli olacaqdı.

Belə kədərli düşüncələr içində olarkən, birdən telefonuna zəng gəldi. Maşının aid olduğu qarajın rəisi idi. Maşının gecikməsindən narahat olub, vəziyyəti xəbər alırdı. Qəza xəbərini kifayət qədər sakit qarşılayan qaraj rəisi, daha çox sürücünün özünə bir şey olub-olmaması ilə maraqlandı. Sanki, yük maşınının taleyi onu heç narahat etmirdi. Bir qədər sonra isə sürücü belə reaksiyanın səbəbini başa düşdü – sən demə, həm bu maşın, həm də ümumiyyətlə bütün avtopark sığortalanmışdı.

“PAŞA Sığorta” şirkəti hər bir əlavə nəqliyyat vahidi üçün güzəştlər və bonuslar təklif etmişdi və müəssisə rəhbərliyi bütün maşınlar üzrə birdəfəlik sığorta müqaviləsi bağlamaq qərarına gəlmişdi. Baş vermiş qəza ilə bəlli oldu ki, bu çox düzgün və uzaqgörən bir qərar imiş. Çünki, bahalı təmir üçün vəsait tapmaq daha çətin və mürəkkəb bir məsələ idi. Bu konkret sığorta hadisəsinə görə “PAŞA Sığorta” şirkəti 35 min manata qədər sığorta ödənişi həyata keçirdi. Avtomobil təmir edildi və təşkilatın avtoparkına qaytarıldı.

Sığorta hadisələri

Разбитый грузовикZədələnmiş yük maşını

10 sentyabr 2009-cu il tarixi “Mercedes-Benz Axor” avtomobilinin sürücüsünün yaddaşına uzun müddətə həkk olacaqdır. Yük maşını tikinti şirkətinə məxsus idi. Həmin gün sürücü özünün həmişəki adi marşrutu üzrə hərəkət edirdi. Ölçülərinin böyük olmasına baxmayaraq, yaxşı manevrliliyi olan avtomobili idarə etmək çox rahat idi və bu əsl məmnuniyyət idi. Lakin Ə.Rəcəbli küçəsindən keçərkən, sürücü birdən bərk partıltı eşitdi. Partıltıdan dərhal sonra sürücü maşının yana tərəf meylləndiyini hiss etdi – deyəsən, təkər partlamışdı.

Daha sonra ...