logo

Səyahət

sığortası

9

Səyahət sığortası

“PAŞA Sığorta” şirkəti səyahət edən şəxslərə beynəlxalq tibbi sığorta şəhadətnaməsini əldə etməyi təklif edir. Bu şəhadətnamə “Inter Partner Assistance” beynəlxalq assistant şirkətinin dəstəyi ilə təmin edilmişdir.

Səfər sığortası şəhadətnaməsi, xarici ölkələrə səfər edən fərdi şəxslər və turizm şirkətlərinin müştəriləri, ailəvi istirahət etməyə üstünlük verənlər və işgüzar insanlar üçün nəzərdə tutulmuşdur. Aktiv istirahət həvəskarları və idmanın təhlükəli növləri ilə məşğul olan peşəkarlar üçün isə xüsusi tariflərlə sığorta proqramı təklif edirik.

Sığorta şəhadətnaməsi, dünyanın hər hansı bir ölkəsində səfər edərkən, baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı bütün tibbi yardımın göstərilməsinə və tibbi xərclərin ödənilməsinə zəmanət verir.
Səyahətçinin sığorta şəhadətnaməsi aşağıdakı xərcləri ödəyir:

* həkim xidmətləri və təyin edilmiş dərman vasitələrinə dair xərcinin ödənilməsi;
* klinikaya tibbi daşınma ilə bağlı xərclərin, o cümlədən, stasionar şəraitdə qalma, müayinə və müalicə xərclərinin (əməliyyat xərcləri də daxil olmaqla) ödənilməsi;
* təcili stomatoloji xidmət haqqının ödənilməsi;
* aparılmış müalicədən sonra vətənə təxliyyə ilə əlaqəli xərclərin ödənilməsi;
* nəzarətsiz qalmış həddi-buluğa çatmamış uşaqların vətənə təxliyyə edilməsi ilə əlaqəli xərclərin ödənilməsi;
*baqajın itməsi və ya zədələnməsi;
*səyahətin ləğv edilməsi dayandırılması və ya gecikməsi;
*sığorta olunanın yaxın qohumunun nəqliyyat və oteldə qalma xərcləri;
* sığorta şəhadətnaməsinin kateqoriyası ilə uyğun olan digər xərclərin ödənilməsi.

Tibbi xərclər ya bilavasitə tibb müəssisəsinə ödənilir və yaxud , sığorta olunan tərəfindən ödənildiyi təqdirdə, asistans mərkəzi ilə öncədən razılaşdırılma şərtilə birbaşa müştərinin özünə qaytarılır.

“PAŞA Sığorta” şirkətinin müştərilərinə məlumat dəstəyi və zəruri köməyin təşkili, günün 24 saatı fəaliyyət göstərən asistans mərkəzləri tərəfindən sığorta polisində qeyd edilmiş telefonlarla həyata keçirilir. Sığorta şəhadətnaməsi hər növ səfər zamanı qüvvədə olur.

Sığorta hadisələri

Пожар на кораблеGəmidə yanğın

Limanda yan almış gəmidə yanğın gecə saatlarında başladı. Tüstü iyini ilk olaraq kapitanın köməkçisi hiss elədi. Təcili şəkildə qaldırılmış gəminin komanda heyəti yanğın ocağının axtarışına başladı. Bir qədər sonra aydın oldu ki, yanğına səbəb elektrik naqilində olan nasazlıq imiş. Lakin artıq gec idi, alov kifayət qədər böyük sahəni bürümüşdü. Hələ yanğınsöndürənlər gəlib çatmamış komanda öz qüvvəsi hesabına yanğını söndürməyə çalışırdı.

Daha sonra ...