logo

İnşaat

sığortası

13333

İnşaat sığortası

“PAŞA Sığorta” şirkətinin tikinti-montaj risklərinin sığorta müqaviləsini tərtib edən mütəxəssisləri müştərinin bütün tələbləri ilə bərabər, onun maliyyə imkanlarını da nəzərə alırlar. Fərdi qaydada sığorta proqramına aşağıdakı sığorta alətləri daxil ola bilər:

* tikinti işlərinin sığortası;
* montaj işlərinin sığortası;
* tikinti texnikasının sığortası;
* tikinti meydançası avadanlığının sığortası;
* işəsalmadan sonrakı zəmanət öhdəliklərinin sığortalanması;
* tikinti-montaj işləri görülərkən üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortalanması.

Tikinti-montaj işlərinin sığorta proqramının əsas elementi – bilavasitə tikinti və ya montaj işlərinin sığortalanmasıdır. Bu halda sığorta məbləği tikinti işlərinin tam layihə (smeta) dəyərinin həcmində müəyyən edilir. Əvəzi ödənilən zərərin məbləği, istifadəyə yararlı qalıqlarının çıxılması şərti ilə obyekt üzərində aparılan işlərin tamamlanması dərəcəsindən asılı olur.

Sığorta hadisələri

006Mebeli məhv etmiş yanğın

Şəxsi evlərin sahiblərinə öz əmlaklarının salamat qalmaları ilə bağlı narahatlıq hissi çox yaxındır. Bəlkə də adamlar ən çox iki şeydən qorxurlar – qarətçilərdən və yanğından. Yanğın siqnalizasiyalarının və yanğınsöndürmə sistemlərinin quraşdırılmasına çox böyük vəsaitlər də sərf olunur. Bəzən isə hətta belə tədbirlər də kifayət etmir. Quba şəhərində kiçik kottecin sahibləri öz evlərini bir neçə il ərzində tikmişdilər. Məlumdur ki, bu cür xərcləri bir anın içərisində çəkmək çox müşkül bir məsələdir.

Daha sonra