logo

Fərdi

qəza sığortası

12

Fərdi qəza sığortası

“PAŞA Sığorta” şirkəti tərəfindən təklif edilən fərdi qəza sığortası xidməti – kifayət qədər geniş yayılmış fərdi sığorta növlərinə aiddir. Fərdi qəza sığortası – müqavilə üzrə müəyyən edilmiş sığorta hadisəsinin baş verməsi halında sığortalanmış şəxsə və yaxud onun varislərinə sığorta məbləğinin tam həcmdə və ya qismən ödənilməsini nəzərdə tutur. Sığorta şəhadətnaməsində qəzanın bütün mümkün nəticələri – məsələn, fiziki zədə və ya şikəstlik, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əlillik, ölüm kimi hallar – nəzərdə tutula bilər.

Aşağıdakı şəxslərin fərdi qəza sığorta şəhadətnaməsinə malik olması daha məsləhətlidir:

* qəza nəticəsində öz gəlir mənbələrini itirmək ehtimalı yüksək olan şəxslər;
* müalicə haqqını ödəməkdə çətinliklərlə üzləşə bilən şəxslər;
* ailənin dolandırılmasını təmin edən şəxslər;
* yüksək riskli işlərdə çalışan şəxslər.

Sığorta hadisələri

001Rahatlığın təminatı – avtosığorta

Avtomobil almaq – həmişə çox sevinc bəxş edən bir hadisədir. Yaxşı və bahalı bir maşının sahibi olmaq isə daha çox həzz verir. Lakin, avtomobil sahibləri qəbul etməlidirlər ki, alış zamanı həqiqi məmnunluğu yalnız çəkilmiş bu qədər xərcin bir andaca heçə getməsi təhlükəsi olmadığı zaman hiss etmək olur. Yol – elə bir şeydir ki, onun necə olacağı barədə əvvəlcədən heç nə demək olmur.

Daha sonra ...