*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla

Holdinq haqqında

“PASHA Holding” Azərbaycanın ən iri investisiya korporasiyalarından biridir. Yaradıldığı tarixdən – 2006-cı ilin 1 noyabrından başlayaraq, cəmi bir neçə il ərzində “PASHA Holding”in fəaliyyəti istehsal və maliyyə sferalarının geniş diapazonunu əhatə etdi. Hal-hazırda holdinq sığorta, bank, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərir. Bu gün “PASHA Holding” biznes çevrəsində tutduğu mövqeləri möhkəmləndirməkdə davam edir. “PASHA Holding” investisiya qrupunun investisiya portfeli səhmlərin nəzarət paketindən və biznesdə nəzarət paketi olmayan iştirak paylarından ibarətdir.


“PASHA Holding” investisiya qrupunun fəaliyyətinin müvəffəqiyyəti, başlıca olaraq onun rəhbərliyinin seçdiyi biznesin aparılması fəlsəfəsi ilə şərtlənmişdir. Holdinq fəaliyyətini xalqımızın təşəkkül tapmış milli həyat tərzini nəzərə almaqla biznesin şəffaflığı, keyfiyyəti və mənfəətliliyi kimi təməl anlayışları əsasında qurmuşdur.

“PASHA Holding” biznes fəaliyyətində dayanıqlı inkişafa yönəlik idarəetmə prinsiplərinə əsaslanaraq, korporativ idarəetmənin rolu və əhəmiyyətinə tam dəyər verir.